Dünya İqtisadi
Forumunun «Rəqabətlilik Hesabatı
2013-2014» nəşri beynəlxalq ictimaiyyətə təqdim edilmişdir
Azərbaycan
qlobal rəqabət qabiliyyətlilik
indeksinə görə 7 pillə irəliləmişdir
Sentyabrın
4-də Dünya İqtisadi
Forumunun 2013-2014-cü il
üzrə "Dünya Rəqabətlilik
Hesabatı" rəsmi olaraq beynəlxalq
ictimaiyyətə təqdim edilmişdir. Azərbaycan qlobal
rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə
irəliləmişdir.
AzərTAc
xəbər verir ki,
"Dünya Rəqabətlilik Hesabatı
2013-2014" nəşrinə əsasən, Azərbaycan rəqabətlilik
reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə
qərarlaşmışdır. 2012-2013 hesabatında isə
ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012
hesabatında isə 142 ölkə arasında 55-ci yeri
tutmuşdu.
Qlobal
iqtisadiyyatın böhran dövrünü
yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın
7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli
iqtisadiyyatı sırasına daxil
olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi
inkişaf siyasətinin əyani göstəricisi
və ölkəmizin beynəlxalq nüfuzunun
artmasının nümunəsi kimi qiymətləndirilə
bilər.
Reytinq cədvəlində Qazaxıstan
50-ci, Rusiya 64-cü, Gürcüstan
72-ci, Ermənistan 79-cu pillələrdə
qərarlaşmışlar. "Dünya
Rəqabətlilik Hesabatı 2013-2014" nəşrinə
görə dünyanın ən rəqabətqabiliyyətli
ölkəsi İsveçrədir. İlk
beşliyə daxil olan
digər ölkələr isə Sinqapur, Finlandiya, Almaniya və
ABŞ-dır.
Bundan əlavə, Azərbaycan
makroiqtisadi mühit
göstəricisinə görə 8-ci, əmək
bazarının səmərəliliyi göstəricinə
görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə
görə 50-ci, innovasiyalara görə
isə 51-ci yerdə qərar tutmuşdur.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 1.