Salyan Rayon İcra Hakimiyyətinin yeni
inzibati binası istifadəyə verilmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyan Rayon İcra
Hakimiyyətinin yeni inzibati
binasının açılışında iştirak
etmişdir.
Dövlət
başçısına məlumat verildi ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılmış, inşaat işləri ötən ilin avqustunda başa çatdırılmışdır.
Binanın ərazisi 1800, tikintialtı sahəsi isə 1044 kvadratmetrdir. Üçmərtəbəli
binanın foyesində ulu öndər Heydər
Əliyevin büstü qoyulmuşdur.
Burada ümummilli liderin və Prezident İlham Əliyevin Salyan rayonuna səfərlərini əks etdirən
fotoşəkillərdən ibarət guşələr
yaradılmışdır.
Binanın
birinci mərtəbəsində 11 xidməti,
vətəndaşların qəbulu və xüsusi
rabitə otaqları vardır. İkinci mərtəbədə
şəhər və kənd inzibati ərazi
nümayəndələri ilə canlı videobağlantı üçün operativ
idarəetmə mərkəzi və 292 yerlik
iclas zalı yaradılmışdır. Binanın üçüncü mərtəbəsində
isə ali qonaq
otağı və 10 iş otağı
yerləşir. İnzibati binada
işçilərin səmərəli iş
şəraiti ilə təmin olunmaları üçün
bütün imkanlar
yaradılmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 2.