Azərbaycan Prezidenti İlham Əliyev
Salyanda Bayraq
Meydanında yaradılan şəraitlə tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyanda Bayraq Meydanında
yaradılan şəraitlə tanış olmuşdur.
Dövlət
başçısına məlumat verildi ki, Bayraq Meydanının
inşasına bu ilin iyununda başlanmış, avqustda
başa
çatdırılmışdır. Ümumi
sahəsi 2,1 hektar olan
Bayraq Meydanı Salyan
şəhərinin girişində, Milli Qəhrəman
Nazim Babayev
küçəsində yaradılmışdır. Bayraq
Meydanının girişində hündürlüyü
5,3, uzunluğu 14 metr olan tağ tikilmişdir.
Bayraq dirəyinin hündürlüyü
42, bayrağın eni 10, uzunluğu
isə 20 metrdir.
Meydanın ərazisində
istirahət parkı da
salınmışdır.
Azərbaycan Prezidenti parkın ərazisini gəzdi.
Bildirildi ki, ərazidə
uzunluğu 236, eni isə 7 metr olan su kanalı
tikilmişdir. Kanalın üzərində
uzunluğu 11, eni 3 metr olan iki
körpü, ərazidə
biri səkkizguşəli
olmaqla 17 fəvvarə,
kanalüstü "Buta"
və iki "Lalə" inşa olunmuşdur. Burada geniş yaşıllaşdırma
işləri aparılmış,
müasir işıqlandırma
sistemi, dekorativ məhəccər qurulmuş,
oturacaqlar qoyulmuşdur.
Parkda uşaq-əyləncə
qurğuları quraşdırılmışdır.
Azərbaycan Prezidenti meydanda yaradılan şəraitlə
tanışlıqdan sonra
müvafiq tapşırıqlarını
verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 2.