Biləsuvarda ulu öndərin abidəsini ziyarət
Sentyabrın
4-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Salyana
səfərini başa çatdıraraq
Biləsuvar rayonuna gəlmişdir.
Dövlət
başçısı əvvəlcə ulu
öndər Heydər Əliyevin abidəsini ziyarət edərək
önünə gül dəstəsi qoydu.
Biləsuvar Rayon İcra Hakimiyyətinin
başçısı Mahir Quliyev yeni salınan Heydər
Əliyev Parkında görülmüş
işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, ümumi sahəsi 2 hektar olan parkda
genişmiqyaslı yaşıllaşdırma işləri görülmüş, 4 müasir
fəvvarə kompleksi tikilmiş,
işıqlandırma sistemi
quraşdırılmış, Bayraq Kompleksi inşa olunmuşdur.
AzərTAc
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 3.