Prezident İlham
Əliyev Biləsuvar Rayon İcra
Hakimiyyətinin yeni inzibati
binasında yaradılmış şəraitlə
tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 4-də Biləsuvara
səfəri çərçivəsində
rayon icra hakimiyyətinin
yeni inzibati binasında yaradılmış
şəraitlə tanış olmuşdur.
Dövlət
başçısına məlumat verildi ki, rayon icra
hakimiyyətinin köhnə binası 1950-ci illərdə
istifadəyə verilmişdir. Əvvəllər
bina müxtəlif təyinatlar üçün
istifadə olunmuşdur.
1992-ci ildən isə icra hakimiyyətinin
binası kimi fəaliyyət göstərməyə
başlamışdır. Ötən illər ərzində binada əsaslı təmir
aparılmadığından iş şəraiti
əlverişsiz olmuşdur.
Diqqətə
çatdırıldı ki, yeni inzibati binanın
tikintisinə 2012-ci ilin iyulunda
başlanmış, bu ilin
iyulunda başa
çatdırılmışdır. Binanın girişində
ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.
Burada ümummilli liderin və Prezident İlham Əliyevin Biləsuvara səfərlərini
əks etdirən fotoguşə yaradılmışdır.
Prezident İlham
Əliyev binada yaradılmış şəraitlə
tanış oldu. Üç
mərtəbədən ibarət bina bütün lazımi avadanlıqla təchiz edilmişdir. Otaqların hamısı müasir tələblər səviyyəsində
qurulmuşdur. Heydər Əliyev prospektində
inşa olunmuş və
şəhərin gözəlliyini artıran binanın fasadı yerli
tikinti materialları ilə üzlənmişdir.
Qeyd edildi ki, binanın birinci mərtəbəsində 8 iş otağı və 40 nəfərlik yeməkxana
vardır. İkinci mərtəbədə
müxtəlif toplantıların və "dəyirmi
masa"ların keçirilməsi üçün
konfrans zalı və 10 işçi
otaq yaradılmışdır. Üçüncü mərtəbədə
isə böyük akt zalı və 13 iş
otağı vardır. Ərazidə geniş
yaşıllaşdırma işləri aparılmış,
müxtəlif bəzək elementləri, müasir
işıqlandırma sistemi
quraşdırılmışdır. İnzibati
binada sakinlərlə və yerli icra nümayəndəlikləri
ilə birbaşa əlaqə üçün videokonfrans
zalı, operativ idarəetmə mərkəzi
yaradılmışdır.
Prezident İlham
Əliyev operativ idarəetmə mərkəzinə
baxdı. Burada online videoqəbul
da mümkün olacaqdır. Sakinlər binaya gəlmədən
kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək
onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı
və digər məsul şəxslərlə
birbaşa videoəlaqə
yarada biləcəklər.
Artıq
şəhər icra nümayəndəliyi və
yeddi kənd icra nümayəndəliyi
şəbəkəyə qoşulmuşdur.
Müasir standartlara cavab verən səs, istilik, işıq sistemləri ilə təchiz edilən 150 nəfərlik
konfrans zalında müxtəlif tədbirlərin
keçirilməsi üçün
hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev görülmüş
işlərdən razılığını
bildirdi.
AzərTAc
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 4.