Qarazəncir-Qarakazımlı-Bayxanlı
avtomobil yolu istifadəyə
verilmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabadda
Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil
yolunun açılışında iştirak etmişdir.
Dövlət
başçısı yolun tikinti işlərinin gedişini,
eləcə də texniki göstəricilərini
əks etdirən stendlərə baxdı.
Azərbaycan Prezidenti İlham
Əliyevin 2012-ci il sentyabrın 28-də
imzaladığı Sərəncamla Prezidentin
Ehtiyat Fondundan Qarazəncir-Qarakazımlı-Bayxanlı
avtomobil yolunun
inşasına ilkin olaraq
2 milyon manat vəsait
ayrılmışdır. Yolun tikintisinə
2012-ci ilin oktyabrında
başlanmışdır. Ümumi uzunluğu 34 kilometr olan yolun eni
8 metrdir. Dördüncü
texniki dərəcəyə aid olan yolun
inşası zamanı kommunikasiya məsələlərinə
də xüsusi diqqət yetirilmiş,
33 su ötürücüsü
tikilmişdir.
Qeyd edildi
ki, mövcud yol bir neçə yerdə
sürüşmə zonasına düşdüyü
üçün hündürlüyü
2-3 metrlik yamaclar kəsilmiş,
sürüşmə zonasından 10 metr kənarlaşdırılmışdır.
Yol 25 yaşayış məntəqəsini
birləşdirir. Bu yolun
istifadəyə verilməsi 50 mindən çox
əhaliyə müasir səviyyəli nəqliyyat
infrastrukturundan yararlanmağa
imkan verəcəkdir.
Prezident İlham
Əliyev yolun rəmzi
açılışını bildirən lenti
kəsdi.
AzərTAc
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 5.