«Fidan»
körpələr evi-uşaq
bağçasında hər cür şərait
yaradılmışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabadda
"Fidan" körpələr evi-uşaq bağçasının
açılışında iştirak etmişdir.
Dövlət
başçısı binanın rəmzi
açılışını bildirən lenti
kəsdi.
Son dövrlərdə
bütün sahələrdə olduğu kimi, uşaqların
sosial müdafiəsinin gücləndirilməsinə,
onların sağlam və xoşbəxt
böyümələrinə dövlət tərəfindən
yüksək diqqət göstərilir. Müasir
körpələr evi-uşaq
bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni
uşaq bağçaları və
körpələr evlərinin inşası, eləcə də
mövcud olanların ən müasir tələblər səviyyəsində
yenidən qurulmasına Heydər Əliyev Fondu
da öz töhfəsini
verir. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqli nəticəsidir.
Azərbaycan Prezidenti binada yaradılan şəraitlə
tanış oldu.
Körpələr evi-uşaq bağçasında ümummilli
lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısını
əks etdirən fotolardan ibarət guşələr vardır.
Məlumat verildi ki,
binanın inşasına
bu ilin fevralında
başlanılmışdır.
Tikinti işlərinin yüksək
keyfiyyətlə həyata
keçirilməsi üçün
bütün qüvvələr
səfərbər olunmuşdur.
120 yerlik müasir tipli körpələr evi-uşaq bağçasının
ümumi ərazisi 2,5 hektara yaxındır.
Binada 20 otaq vardır. Burada həkim otağı, yeməkxana və uşaqların əyləncəsi
üçün zal inşa edilmişdir.
Bundan başqa, musiqi zalı və digər istirahət otaqları da balacaların ixtiyarına veriləcəkdir. Bütün otaqlar
zəruri avadanlıqla
təchiz edilmişdir.
Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi
və bacarıqlarının
üzə çıxarılması
üçün hərtərəfli
şərait yaradılmışdır.
Binanın həyətində müasir standartlara cavab verən attraksionlar quraşdırılmış,
ətrafda geniş abadlıq işləri aparılmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 5.