Yeni Azərbaycan Partiyasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta ilə görüş olmuşdur

 

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov sentyabrın 4-də partiyanın mənzil-qərargahında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta və missiyanın siyasi təhlilçisi Vadim Zdanoviç ilə görüşmüşdür.

YAP-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, beynəlxalq müşahidəçilər missiyasının Azərbaycanda fəaliyyətə başlamasının məmnunluq doğurduğunu qeyd edən Əli Əhmədov, seçki prosesinin qiymətləndirilməsi baxımından müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət verildiyini söyləmişdir.

Tana de Zulueta səmimi görüşə görə təşəkkürünü bildirmiş və Azərbaycan hökumətinin seçki prosesinin ilk gündən müşahidəsinin aparılması istiqamətində atdığı addımın təqdirəlayiq olduğunu qeyd etmişdir.

Görüşdə seçkilərə hazırlıq və seçki kampaniyasının təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov iştirak etmişdir.

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 6.