Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Mingəçevirdə vətəndaşları
qəbul etmişdir
Prezident İlham
Əliyevin tapşırığına əsasən, mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif problemlərinin
həllinə kömək edirlər.
Sentyabrın
4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova növbəti qəbulu Mingəçevir
şəhərində keçirmişdir.
AQUPDK-nın
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, komitə sədrinin
Mingəçevir şəhərindəki Heydər Əliyev
Mərkəzində keçirilən qəbulunda bu şəhərdən, həmçinin Yevlax, Ağdaş, Ucar, Kürdəmir, İmişli,
Beyləqan, Zərdab
rayonlarından olan vətəndaşlar
iştirak etmişlər.
Qəbul
zamanı müraciətlərin əksəriyyəti ailələri
daha çox narahat edən məsələlər,
xüsusilə qızların təhsildən
yayınmaları, erkən nikah və
boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara dəstək məsələləri
ilə bağlı olmuşdur. İşlə təminat, alimentlərin
ödənilməsindəki çətinliklər və digər
məsələlərlə bağlı müraciətlər
də dinlənilmişdir.
Qəbul zamanı vətəndaşları
narahat edən
bir sıra məsələlərə
münasibət bildirilmiş, eləcə
də yerlərdəki müvafiq icra strukturlarına yönəldilmiş, həmçinin
həmin regionlardakı ailə və uşaqlara
dəstək mərkəzlərinin rəhbərlərinə
məsələlərin nəzarətdə
saxlanılması tapşırılmışdır.
Komitə sədri,
eyni zamanda, Mingəçevirin
fəal qadınlarının iştirak
etdikləri "dəyirmi masa"da çıxış etmiş,
respublikamızda dövlət qadın siyasətinin prioritet istiqamətlərindən söz açmış, qadınları
maraqlandıran sualları cavablandırmışdır.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 6.