Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın «Seçilmiş əsərləri» AMEA nın
Mərkəzi Elmi Kitabxanasına daxil olmuşdur
Görkəmli
oftalmoloq alim, akademik Zərifə Əliyevanın "Seçilmiş əsərləri" Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanasına daxil
olmuşdur.
AMEA-dan AzərTAc-a
bildirmişlər ki, Azərbaycan və rus dillərində dərc edilmiş
əsərlərin sırasına "Elmi
əsərlər məcmuəsi" (2 cilddə), "Şin istehsalında gözün
peşə patologiyası", "Xroniki
yod intoksikasiyası zamanı oftalmopatologiya", "Oftalmologiyanın aktual problemləri" (3 cilddə),
"Görmə orqanının vərəmi", "Görmə
orqanının peşə patologiyası" (2 cilddə),
"İridodiaqnostikanın əsasları", "Gözün və görmə siniri
yolunun yaşla əlaqədar
dəyişiklikləri" adlı kitablar
daxildir.
Oftalmologiyanın
müxtəlif sahələrindən bəhs edən kitablara Azərbaycan və Rusiyanın görkəmli
alimləri tərəfindən rəylər verilmişdir.
"Şərq-Qərb"
ASC-nin mətbəəsində dərc olunmuş yeni nəşrlər
tibbin bu sahəsi
üzrə fəaliyyət göstərən və elmi tədqiqatla məşğul olan şəxslər üçün
dəyərli mənbədir.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 6.