Azərbaycanlı
gənclərin xaricdə təhsil almağa
göndərilməsi ənənəsinin əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuşdur
Təhsil
naziri Mikayıl Cabbarov
2013-2014-cü tədris ilində xarici
ölkələrin ali təhsil müəssisələrində
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində
təhsil almaq üçün
Azərbaycan Respublikası Prezidenti
yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində
müsbət qərar verilmiş növbəti
58 tələbə ilə görüşmüşdür.
Təhsil
Nazirliyindən AzərTAc-a bildirmişlər ki,
görüşdə M.Cabbarov azərbaycanlı
gənclərin xaricdə təhsil almağa
göndərilməsi ənənəsinin əsasının ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulduğunu
diqqətə çatdırmışdır. Xaricdə təhsil alan gənclərə xüsusi
diqqət göstərildiyini vurğulayan nazir ulu öndərin
ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini
söyləmişdir.
M.Cabbarov Dövlət Proqramı
çərçivəsində təhsil alan
tələbələrin seçdikləri ixtisaslar
üzrə yüksək səviyyəli mütəxəssis
olacaqlarına əminliyini vurğulamış, onlara uğurlar
arzulamışdır.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 6.