Azərbaycanın
Fövqəladə Hallar Nazirliyi
ilə Əfqanıstanın müvafiq qurumu arasındakı əməkdaşlıq əlaqələri
müzakirə olunmuşdur
Sentyabrın
4-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov
Əfqanıstan İslam
Respublikasının neft və təbii ehtiyatlar naziri Vahidullah Şahraninin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Fövqəladə
Hallar Nazirliyindən AzərTAc-a
bildirmişlər ki, görüşdə
nazir qonaqlara respublikada fövqəladə halların
qarşısının alınması və nəticələrinin
aradan qaldırılması sahəsində
görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı
məlumat vermişdir.
Eyni zamanda,
hər iki ölkənin müvafiq
qurumları arasındakı əməkdaşlıq əlaqələrinin
daha da inkişaf
etdirilməsinin vacibliyini vurğulamışdır.
Qonaq öz növbəsində ölkələrimiz
arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafından məmnunluğunu
ifadə etmiş və hər iki dövlətin müvafiq
qurumları arasında mövcud əməkdaşlığın
daha da genişləndirilməsinin
zəruriliyini bildirmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
geniş müzakirələr
aparılmışdır.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 6.