Azərbaycan MDB-nin Sənaye Təhlükəsizliyi üzrə
Dövlətlərarası Şurasının Belarus
paytaxtında keçiriləcək iclasında iştirak edəcəkdir
Sentyabrın
11-12-də Belarus paytaxtında MDB-nin Sənaye Təhlükəsizliyi üzrə
Dövlətlərarası Şurasının XI iclası
keçiriləcəkdir. Bu barədə
MDB İcraiyyə Komitəsinin Minskdəki mətbuat xidmətində
məlumat verilmişdir.
Şuranın
işində Azərbaycan, Belarus,
Qazaxıstan, Qırğızıstan, Moldova,
Rusiya, Tacikistan, Ukrayna və Ermənistanın sənaye təhlükəsizliyi
sahəsində dövlət nəzarəti orqanlarının
nümayəndələri iştirak edəcəklər.
Şuranın
iştirakçıları iki gün ərzində təhlükəli istehsalat obyektlərində texniki
qurğuların tətbiq edilməsinə icazə verilməsi
üzrə milli prosedurların
yaxınlaşdırılması konsepsiyasının layihəsini
nəzərdən keçirəcək, neft-qaz
sahəsinin mürəkkəb və təhlükəli istehsalat
obyektlərində birgə nəzarət-profilaktika
yoxlamaları aparılması təcrübəsini öyrənəcəklər.
İclasda 2014-cü
ilə qədər olan dövrdə
"Təhlükəli istehsalat obyektlərində
sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq
haqqında" Sazişin yerinə yetirilməsinin
gedişatı, habelə bu sazişin iştirakçıları olan dövlətlərin qanunvericiliyində baş vermiş dəyişikliklər
müzakirə ediləcəkdir.
Xatırladaq ki, həmin sənəd 2001-ci ilin
sentyabr ayında Moskvada
MDB iştirakçıları olan
dövlətlərin hökumət başçıları tərəfindən
qəbul edilmişdir. Saziş
təhlükəli istehsalat obyektlərində
sənaye təhlükəsizliyi sahəsində əməkdaşlığın
inkişafına və dərinləşdirilməsinə, təhlükəsizliyin
təmin edilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə
yönəldilmişdir.
Sənaye Təhlükəsizliyi
üzrə Dövlətlərarası Şurası məhz bu sazişin həyata
keçirilməsi üçün
yaradılmışdır. Şuranın iclasları hər il sazişin
iştirakçısı olan dövlətlərdən
birinin ərazisində keçirilir.
Zeynal
AĞAZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Minsk
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 7.