Polis Akademiyasının əyani
şöbəsini bitirmiş məzunların
zabit vəzifələrinə təyin
olunmalarına həsr edilmiş tədbir keçirilmişdir
Sentyabrın 4-də Daxili İşlər Nazirliyində (DİN) bu il Polis
Akademiyasının əyani şöbəsini bitirmiş
məzunların zabit vəzifələrinə
təyin olunmalarına həsr olunmuş tədbir
keçirilmişdir.
DİN-in mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri giriş sözü ilə
açaraq təyinatın şəffaflıq,
aşkarlıq və ədalət prinsipləri əsasında
gerçəkləşdiyini xatırlatmış, bu üsulun son illər artıq təcrübədə özünü doğrultduğunu
vurğulamışdır.
Nazir qeyd etmişdir ki, Polis Akademiyasını
bitirmiş məzunların, ali hüquq təhsili
almış əməkdaşların orta
rəis heyəti vəzifələrinə irəli çəkilməsi,
onlara lazımi qayğının göstərilməsi
DİN rəhbərliyinin daim diqqət mərkəzində
saxladığı məsələlərdəndir.
Baş Kadrlar
İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev növbəti
belə tədbirdə iştirak etmək
məqsədilə nazirliyə 121 nəfərin dəvət edildiyini bildirmiş, vakant vəzifələrin və namizədlərin
siyahısını elan etmişdir.
Daha sonra
təyinat püşkatma yolu
ilə həyata keçirilmiş, bu məqsədlə polisin
orta rəis heyəti vəzifələrinə
iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi
zərfləri çəkmişlər. Nəticədə məzunlardan 72-si Bakı Şəhər
və Nəqliyyatda Baş Polis
idarələrinin orqan və hissələrində,
49-u isə onların istəkləri nəzərə
alınmaqla daimi yaşadıqları yerlər
üzrə ərazi polis qurumlarında zabit vəzifələrinə təyinat
almışlar.
Tədbirə
yekun vuran general-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar
günlərdən biri - orta
rəis heyəti vəzifələrinə irəli çəkilmələri
münasibətilə məzunları təbrik etmiş,
onlara çətin və şərəfli
xidmətlərində uğurlar, polisin adını və şərəfini daim uca tutmağı
arzulamışdır.
Namizədlərə daim öz üzərlərində işləmələrini,
ən müasir informasiya
texnologiyalarına yiyələnmələrini tövsiyə edən
nazir əmin olduğunu
bildirmişdir ki, gənc
zabitlər qarşıya qoyulmuş
tapşırıqları və vəzifələri yüksək
məsuliyyətlə yerinə yetirəcək, ölkəmizdə
sabitliyin dönməzliyinə, cinayətkarlıqla
qətiyyətli mübarizəyə öz
töhfələrini verəcək, onlara
göstərilmiş etimadı doğruldaraq
dövlətçiliyə, anda sədaqətlə
xidmət edəcəklər.
Püşkatmada iştirak
etmiş bütün
iddiaçılar həmin gün daxili işlər nazirinin müvafiq əmrləri ilə orta
rəis heyəti vəzifələrinə təyin olunmuşlar.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 8.