Müstəqil
Dövlətlər Birliyi Parlament
Assambleyasının ekspert qrupu
Mərkəzi Seçki
Komissiyasının sədri ilə görüşmüşdür
Müstəqil
Dövlətlər Birliyi Parlament
Assambleyasının (MDB PA) Azərbaycan Respublikasında
keçiriləcək prezident seçkilərinin
uzunmüddətli müşahidəsi üzrə ekspert qrupu sentyabrın 4-də
Mərkəzi Seçki Komissiyasında sədr
Məzahir Pənahov ilə görüşmüşdür.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
media və ictimai əlaqələr
şöbəsindən AzərTAc-a bildirmişlər ki, qonaqları salamlayan sədr
seçkilərdə şəffaflığın təmin
olunması baxımından müşahidəçilik institutunun böyük əhəmiyyət
kəsb etdiyini bildirmişdir. O, MDB Parlament
Assambleyasından olan uzunmüddətli
müşahidəçilərin qarşıdan gələn
seçkiləri izləməsindən məmnunluğunu
vurğulamışdır.
Qrupun rəhbəri,
MDB PA-nın Demokratiyanın, parlamentarizmin
inkişafı və vətəndaşların seçki hüquqlarının monitorinqi üzrə Beynəlxalq İnstitutunun direktoru Dmitri Qladey bildirmişdir
ki, rəhbərlik etdiyi
qrup 7 MDB ölkəsinin nüfuzlu
ekspertlərindən təşkil olunmuşdur. Qrupun
məqsədi Azərbaycanda prezident
seçkilərinə hazırlığın vəziyyəti
ilə də tanış olmaq və
aparılan müşahidələrin nəticəsi olaraq hesabat
hazırlamaqdır. Artıq ekspertlər Azərbaycanın Gəncə,
Samux və
Şəmkir rayonlarına səfər edərək dairə
və məntəqə seçki
komissiyalarının işi ilə
tanış olmuş, seçkilərə
hazırlığın vəziyyəti ilə yaxından
maraqlanmışlar. Qrup rəhbəri
növbəti səfərlərinin Lənkəran, Lerik və Astara
rayonlarına olacağını diqqətə
çatdırmışdır.
Mərkəzi Seçki Komissiyasının sədri
qonaqların xahişi ilə onlara seçkiyə hazırlıqla
bağlı görülmüş işlər
və həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat vermişdir.
Görüşdə
qarşıdan gələn seçkilərin müşahidəsinin
təşkili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 8.