Baş Pasport
Qeydiyyatı və Miqrasiya İdarəsinin
Şirvan şəhər regional
şöbəsinin yeni inzibati
binası istifadəyə verilmişdir
Sentyabrın
4-də Şirvan şəhərində
Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Baş
Pasport Qeydiyyatı və Miqrasiya
İdarəsinin Şirvan regional
şöbəsi üçün yeni inzibati bina
istifadəyə verilmişdir.
AzərTAc xəbər
verir ki, iki mərtəbədən ibarət olan binada ümumvətəndaş
pasportlarının verilməsi üçün
bütün zəruri şərait
yaradılmışdır. Daha bir yenilik isə ondan ibarətdir ki, regionda ilk dəfə olaraq biometrik ümumvətəndaş
pasportunun verilməsinə
başlanılmışdır.
Yeddi rayona
xidmət göstərən şöbə tərəfindən
gün ərzində 200 nəfər vətəndaşın
sənədləri qəbul ediləcəkdir.
Baş Pasport
Qeydiyyatı və Miqrasiya İdarəsinin
Şirvan regional
şöbəsinin istifadəyə verilməsi mərasimində
iştirak edən daxili
işlər nazirinin müavini,
polis general-leytenantı Əsgər Ələkbərov
qurumun inzibati
binası və burada yaradılan şəraitlə
tanış olmuşdur.
Sonda bir qrup
vətəndaşa biometrik
pasportlar təqdim edilmişdir.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 8.