Tacikistanın meliorasiya və su təsərrüfatı
naziri İçərişəhərlə
tanış olmuşdur
Azərbaycanda
səfərdə olan Tacikistanın meliorasiya və su təsərrüfatı
naziri Rəhmət Bobokalonovun
başçılıq etdiyi nümayəndə
heyəti sentyabrın 4-də İçərişəhərlə
tanış olmuşdur.
AzərTAc xəbər
verir ki, Qoşa qala
qapısından başlanan gəzinti elektromobillə davam
etdirilmişdir.
Sonra qonaqlar
orta əsr Şərq
memarlığının şah əsəri,
dünya əhəmiyyətli
tarix-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi"
ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, XV əsrin
əvvəllərində inşa olunmuş tarixi abidənin
tikililəri İçərişəhərin təpələrindən
birinin ən hündür
nöqtəsində yerləşir. O, Xəzər dənizindən
və şəhərin ətrafındakı yüksəkliklərdən
aydın görünür. Kompleks bu günədək
öz tarixi-memarlıq üstünlüyünü
saxlamaqdadır.
Kiçik Qala küçəsi ilə davam
edən gəzinti zamanı UNESCO-nun Dünya İrsi
Siyahısına daxil edilmiş
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu, burada
aparılan təmir, abadlaşdırma və bərpa işləri
barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir
ki, İçərişəhər ərazisində
müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri
vardır və bunlar qorunub
saxlanılır.
Nümayəndə
heyətinə İçərişəhərdəki Məhəmməd
məscidi (Sınıqqala məscidi), Cümə məscidi, Aşur məscidi haqqında məlumat verilmişdir.
Sonra qonaqlara
Qız qalası abidəsinin qeyri-adi
memarlıq özəllikləri barədə məlumat verilərək
bildirilmişdir ki,
eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa
edilmişdir. Hündürlüyü
28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan
və cənub tərəfdən ona
bitişən iri dayaq
tikilidən ibarətdir. Hazırda Qız qalasında muzey konservasiyası işləri
aparılır.
Yaxınlıqdakı
Sıratağlı dini-memarlıq kompleksinin
ərazisindəki ekspozisiya ilə
tanışlıq da nümayəndə
heyətində böyük maraq doğurmuşdur.
İçərişəhərlə
tanışlıq Azərbaycanın geniş
tarixi, iqtisadi və mədəni
əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli
abidə - Buxara karvansarası ilə başa çatmışdır.
Azərbaycan
paytaxtının qədim guşəsi ilə
tanışlıqdan xatirə olaraq qonağa xatirə hədiyyəsi təqdim edilmişdir.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 8.