Azərbaycan
iqtisadiyyatının enerji sektoru
ölkə ilə yanaşı, regionun da inkişafına böyük
töhfə verir
Sentyabrın
3-də Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov
Londondakı Beynəlxalq Strateji Tədqiqatlar
İnstitutunda ölkəmizə və regionumuza maraq göstərən
beynəlxalq ekspertlərlə görüşmüşdür.
Elmar Məmmədyarov
Azərbaycanın xarici siyasətinin
prioritetləri, dünya dövlətləri
və beynəlxalq təşkilatlar, xüsusilə də Avropa İttifaqı və NATO ilə əməkdaşlığı,
o cümlədən Azərbaycan-Böyük
Britaniya əlaqələri haqqında ətraflı
məlumat vermişdir.
E.Məmmədyarov
Azərbaycan iqtisadiyyatının enerji sektorunun ölkəmizlə yanaşı, regionun da inkişafına böyük töhfə verdiyini
qeyd etmişdir. Azərbaycanın
qeyri-neft sektorunun inkişafı
üçün də geniş
potensialın olduğunu deyən nazir ölkəmizin son illərdə
bu sahəyə mühüm
sərmayələr yatırdığını diqqətə
çatdırmışdır. Xarici siyasət
idarəsinin rəhbəri Azərbaycanın qonşu
dövlətlərlə və Avropa
İttifaqı ölkələri ilə əməkdaşlığının
daha da genişləndirilməsində
maraqlı olduğunu bildirmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən
danışan nazir problemin
regionun inkişaf
potensialının tam şəkildə
istifadə edilməsi üçün ən
ciddi maneə olduğunu
vurğulamışdır.
Sonra görüş
iştirakçılarının sualları
cavablandırılmışdır.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 10.