Müasir gəncliyimizlə fəxr edirik
ASAİF-in
XI Yay Forumu xaricdə
təhsil alan gənclərimizə gələcək
karyeraları üçün əlverişli
imkanlar yaratdı
Avqustun 30-dan sentyabrın 1-dək
Bakıda "Bizim forum,
bizim seçim, bizim Azərbaycan" devizi
altında Xaricdə Təhsil Alan və Məzun
Olmuş Azərbaycanlı Gənclərin
Beynəlxalq Forumu - ASAİF-in
(Azerbaijani Students and Alumni International
Forum) XI Yay Forumu keçirildi. Bu forumda dünyanın 45 ölkəsindən
600-dən çox gənc
toplaşmışdı. Hazırda xaricdə təhsil alan və eyni zamanda xarici ölkələrin
universitetlərinin məzunu olmuş gənclərimiz
arasında böyük bir
şəbəkə yaradan ASAİF
Bakı forumunda da tələbələr,
məzunlar üçün əlverişli
imkanlar yaratdı.
Bir ölkənin gələcək
potensialının güclənməsi dedikdə əlbəttə
ki, bunu gənc nəsil
olmadan düşünmək mümkün deyil. Bu gün Azərbaycanın öz
gənc nəslinə qoyduğu sərmayə
sabah ölkəmizin inkişafı şəklində
geri dönəcəkdir. Məhz insan kapitalına qoyulan sərmayə
gələcəyə yönəlmiş ən effektli yatırım sayılır. Azərbaycanın
gəncləri dünyanın inkişaf etmiş ölkələrinin ən
yaxşı universitetlərində dövlət hesabına təhsil
almaqdadırlar. Hər il yüzlərlə
gənc bu imkanı əldə edir. ASAİF-in Bakı forumuna toplaşmış gənclər də
Azərbaycanın güclənməsi, dünyada
söz sahibi olan dövlətə çevrilməsi üçün bir araya gəlirlər. Həm ASAİF üzvləri,
həm də forum
iştirakçıları bu tədbiri
yüksək dəyərləndirirlər.
Xaricdə
təhsil alan gənclərimiz ASAİF-in Bakı forumundan
maksimum dərəcədə yararlandılar
Ramin
HƏKİMOV,
ASAİF-in sədri, Böyük
Britaniyanın York Universitetinin
beynəlxalq əlaqələr və siyasət fakültəsinin
məzunu:
-
ASAİF-in Bakıda keçirilən XI Yay Forumu çox
möhtəşəm alındı. Forumda
iştirak edən gənclər
dünyanın ən yaxşı universitetlərində təhsil
alan və məzun olan
seçilmiş kadrlar
idi. Üçgünlük
tədbirin məqsədi xarici ölkələrdə
təhsil alan gənclərin şəbəkələşmə
prosesini gücləndirmək, ortaq azərbaycançılıq dəyərləri
ətrafında birləşərək respublikamızın
xaricdə təbliğinin daha səmərəli
təşkilində, informasiya mübadiləsində,
təbliğat işinin interaktiv
qurulmasında gənclərimizə kömək etməkdir.
Hesab edirəm ki, gənclər
Bakı forumundan çox
razı qaldılar.
Forumda çox
maraqlı mövzular müzakirə edildi. Panellərdə müzakirə olunan mövzular ətrafında
diskussiyalar tələbələrə öz fikirlərini bildirməyə
yaxşı imkanlar yaratdı. Biz çalışırıq ki, yeniliklər edək. Xaricdə
təhsil alan gənclərimiz bu forumlardan maksimum dərəcədə yararlanmağa
çalışırlar. 600 nəfərdən artıq gəncin
iştirak etdiyi forumda əsas yeniliklərdən biri də bu il "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin
Xaricdə Təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində xaricdə təhsil alan gənclərin azad
şəkildə birbaşa tədbirə
dəvətli olması idi.
Bizim məqsədimiz bəllidir!
Çalışırıq ki, tələbə
və məzunlar arasında şəbəkələşmə
prosesini daha da gücləndirək. Həmçinin, əldə
edilən uğurlar barəsində gəncləri
məlumatlandıraq. Diaspor və lobbiçilik fəaliyyətinin genişləndirilməsi,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı reallıqların xarici ölkələrdə təbliğ
olunması fəaliyyətimizin əsas istiqamətləridir.
Tamamilə fərqli
və səmimi bir atmosferdə
keçirilən forumda müxtəlif mövzular ətrafında müzakirələr
aparıldı. Təşkil olunan panellərdə
gənclər öz təkliflərini azad və sərbəst şəkildə ifadə
edə bildilər. Forumda gənclər
arasında sorğu keçirildi
və bu sorğuların nəticəsinə
uyğun olaraq
ümumiləşdirmə aparıldı. Həmin təkliflər
yığılaraq müvafiq qurumlara təqdim olunacaq.
Gənclərin əksəriyyəti gələcəkdə təcrübəli
və ixtisaslı kadrlar kimi mühüm
vəzifələrdə çalışacaqlar
Rauf
MƏRDİYEV,
"İrəli"
İctimai Birliyinin sədri:
- ASAİF-in ənənəvi yay
forumları bir-birindən fərqlənir. Bu
tədbirə 600-dən artıq azərbaycanlı gəncin
toplaşması forumun uğurunu
göstərir. Onların hamısı xaricdə təhsil
almış və hazırda təhsilini davam
etdirən gənclərdir. Bu gənclərin
böyük əksəriyyəti gələcəkdə
Azərbaycanda təcrübəli və ixtisaslı kadrlar kimi mühüm
vəzifələrdə çalışacaqlar. Bu baxımdan onların şəbəkələşməsi
və birləşməsi çox
yaxşı haldır.
Bu tədbirin müsbət cəhətlərindən
biri odur ki, forum ailə mühiti yaradır, hər kəsi bir araya gətirir. Tədbirdə
iştirak edən gənclər öz üzərlərində dövlətin
qayğısını, diqqətini, etimadını hiss edirlər. Gənclərimizin onları
maraqlandıran məsələləri və sualları rəsmilərlə
birgə müzakirə edə bilmələri çox
mühüm amildir.
XI Yay Forumunun
açılış mərasimində "İrəli" İctimai Birliyinin və ASAİF-in birgə
reallaşdırdıqları "İnsan
resursları təlimi"nin iştirakçılarına sertifikatlar təqdim olundu.
Bu hadisə hər iki
təşkilatın birgə keçirdiyi
uğurlu layihələrdəndir. Ümid edirik ki, belə layihələr bundan
sonra da olacaq.
Forum ümumrespublika gənclər
hərəkatının genişlənməsinə
böyük töhfə
verəcək
Anar
TAHİROV,
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri:
- ASAİF-in bütün
forumlarının məqsədi
birdir. Bakı forumunda da məqsəd
xaricdə təhsil alan, məzun
adını qazanmış
gəncləri birləşdirmək
və bunun vasitəsilə Azərbaycanı
dünyada layiqincə
təmsil etmək idi. Hesab edirəm ki,
təşkilat üzərinə
düşən vəzifəni
layiqincə yerinə yetirdi. Xaricdə təhsil alan,
eləcə də xarici ölkələrdə
oxumağa hazırlaşan
gənclərimiz Bakı
forumunda çox mühüm məlumatlar topladılar. Gənclər
təkcə forumun panellərində deyil, istirahət vaxtları da bir-biri ilə
tanış olub gələcək karyeraları ilə bağlı müzakirələr
aparırdılar. Forum ümumrespublika gəncər
hərəkatının genişlənməsinə
böyük töhfə
verəcək.
ASAİF öz fəaliyyəti dövründə
uğurlu nəticələr
əldə edib.
Builki forumun formatında fərqli cəhətlər
var idi. Əvvəllər bir sıra xarici ölkələrdə
azərbaycanlı gənclərin
təhsil almasını
təsəvvür etmək
çox çətin
idi. Artıq sıralarımız genişlənməkdədir. XI Yay Forumuna Yaponiya,
Koreya Respublikası, Çin, Yeni Zelandiya, Malayziya, Sinqapur və digər dövlətlərdən
gənc alimlərin qatılmasını ASAİF-in fəaliyyətinin uğurlu
nəticəsi kimi qiymətləndirmək olar.
Hər bir ASAİF nümayəndəsinin
düşüncəsində yüksək bilik qazanmaqla yanaşı, Azərbaycanın təmsili,
vətənin inkişafı
və çiçəklənməsi
vardır. Bu gün ASAİF sıralarında
gənc həkimlər,
politoloqlar, iqtisadçılar,
psixoloqlar, hüquqşünaslar,
genetiklər, mühəndislər,
riyaziyyatçılar, bioloqlar
və bir çox digər nüfuzlu ixtisaslara malik yüksək səviyyəli gənclər
var.
Hesab edirəm ki, ASAİF-in Bakı forumunun nəticəsi olaraq hər bir gənc lobbiçilik
və diaspor fəaliyyətlərini uğurla
davam etdirərək, ölkəmizi narahat edən problem ətrafında
dünya ictimaiyyətini
məlumatlandıracaq, müstəqil
Azərbaycanın yüksək
imicinin formalaşdırılması
işinə öz töhfələrini verəcək.
Tədbir əslində, bizim karyera forumumuz
oldu
Əli ƏLİYEV,
Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin iqtisadi və idarəetmə elmləri fakültəsinin tələbəsi:
- ASAİF Azərbaycanın
xaricdə təhsil alan və
məzunu olan gənclərini öz ətrafına toplayan bir qurumdur. Sayımız on mini keçib. Artıq demək olar
ki, dünyanın hər bir yerində
azərbaycanlı tələbə
təhsil alır.
ASAİF həmin tələbələri bir
araya gətirərək
ölkəmizin dünyada
təbliğatının aparılmasını
təşkil edir.
Azərbaycanın dünyaya tanıdılmasında
keçirdiyimiz forumların
böyük əhəmiyyəti
var.
ASAİF-in bütün
ölkələrdə demək
olar ki, koordinatorları var. Qurum Azərbaycanın əlamətdar
tarixi günləri, mədəniyyəti və
digər önəmli
hadisələri ilə
bağlı tədbirlər
keçirir. Azərbaycanın mətbəxi, adət-ənənəsi,
ərazisi və atributları haqqında xüsusi bukletlər hazırlanaraq paylanılır.
Bir növ ASAİF Azərbaycan
tarixinin təqdimatını
aparır. ASAİF-in missiyası
xaricdə təhsil alan bütün
azərbaycanlı tələbələri
bir araya gətirmək, şəbəkələşmə
yaratmaq və dövlətimizin uğurlarını
dünyaya yaymaqdır.
Azərbaycan tələbələri təhsil
almağa yollananda artıq özlərini tək hiss etmirlər.
ASAİF daim onların
yanındadır və
istənilən an problemlərini həll etməyə qadir olan bir qurumdur.
XI Yay Bakı
Forumu əslində, bizim karyera forumumuz
oldu. Çünki tələbələr yayda Bakıya qayıtdıqdan sonra öz gələcək karyeralarını harada quracaqları ilə əlaqədar maraqlanırlar.
Bu forumlarda onlar
üçün maraqlı
olan dövlət məmurları, şirkət
rəhbərləri iştirak
edir, tələbələrin
suallarını cavablandırırlar.
ASAİF
üzvləri Azərbaycanın
gənc elçiləridirlər
Ayaz SALMANOV,Ukrayna Azərbaycan Gənclər
Birliyinin həmtəsisçisi,
Azərbaycan Respublikası
Dağlıq Qarabağ
bölgəsinin Azərbaycanlı
İcması İctimai
Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin
müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru:
- Uzun illərdir
ki, ASAİF-in fəal
üzvlərindən biriyəm.
Mütəmadi olaraq görüşlər
keçiririk və belə forumların təşkilinə çalışırıq
ki, gənclərə
istənilən məsələlərdə
dəstək olaq.
Hər il
yay aylarında təşkil olunan forumlarda gənclər öz problemlərini, istək və təkliflərini səsləndirirlər
və dövlət rəsmiləri bu işlərdə onlara yardımçı olurlar.
ASAİF-in forumlarının keçirilməsində məqsəd
xaricdə təhsil alan gənclər
arasında bağlılıq
yaratmaqdır.
ASAİF gənclərlə
dövlət rəsmiləri
arasında körpü
rolunu oynayır və yeni əlaqələr
formalaşdırır.
Forum çərçivəsində
biznes strukturlarının
nümayəndələri ilə
tələbələr arasında
görüş keçirilir.
Bu əlaqələr gənclərin
xaricdə təhsillərini
başa vurub Azərbaycana qayıtdıqdan
sonra dövlət
strukturlarında, biznes
mərkəzlərində özlərinə
karyera qurmaları üçün yaxşı
imkan yaradır. ASAİF də bu tip forumların təşkilindən
maksimum yararlanmağa
çalışır.
Bütün forumlarda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
xüsusi diqqət yetirilir.
Çünki bu bizim yaralı yerimizdir və
nə qədər ki, münaqişə həll
olunmayıb biz gənc olaraq
münaqişə ətrafında dünyaya
bir elçi kimi məlumatları
çatdırmalıyıq. Buna görə də
xaricə təhsil almağa yollanan gənclərimiz oxuduqları ölkədə
Azərbaycan həqiqətlərini lazımi səviyyədə
təbliğ etmələri üçün
dolğun informasiya ilə
təmin edirik. Hesab
edirəm ki, ASAİF-in
Bakı forumunda iştirak
edən hər bir gənc gələcək
karyerası üçün böyük uğur əldə
edə bildi.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 9.