Sivilizasiyaların
kəsişdiyi məkan
Bu gün
Azərbaycan, xüsusən də paytaxt
Bakı bir çox
önəmli beynəlxalq tədbirlərin,
forumların keçirildiyi məkana çevrilib. Dünyanın bir
sıra qlobal problemləri Bakıda
müzakirə edilir. Cənubi Qafqazı əhatə
edən istənilən layihənin
Azərbaycanın maraqlarını və təşəbbüslərini
nəzərə almadan həyata
keçirilməsi mümkün deyil. Bütün bunlar ölkəmizin dünyada
artan nüfuzunun, eyni zamanda, iqtisadi
imkan və potensial
baxımından bölgənin aparıcı respublikası
olmasının göstəricisidir.
Həqiqətən
Azərbaycan çox mühüm,
möhtəşəm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməkdədir.
Bu tədbirlərin keçirilməsi Azərbaycana
beynəlxalq təşkilatlar tərəfindən göstərilən
yüksək diqqətin ifadəsidir. Amma bu yüksək diqqətin göstərilməsi
üçün səbəb Azərbaycanın,
Bakı şəhərinin yüksək inkişafıdır,
burada lazımi infrastrukturların
yaradılmasıdır. Bütövlükdə isə bu, ölkəmizin dünya
siyasətində rolunun yüksəlməsi
ilə bilavasitə əlaqədardır.
Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən
dövlət başçısı bu məsələyə
xüsüsi olaraq toxunmuşdur. Prezident bildirmişdir ki, keçən
rübdə Azərbaycanda bir neçə
mötəbər beynəlxalq tədbir keçirilmişdir.
Bu da Azərbaycanın, Bakının dünya miqyasında bir siyasi, iqtisadi, mədəni
mərkəzə çevrilməsinə xidmət göstərmişdir.
İlk növbədə Bakıda
keçirilən Dünya İqtisadi
Forumuna (Davos Forumu) toxunan dövlət
başçısı qeyd etmişdir ki, bu, ölkəyə verilən böyük dəyər kimi
qiymətləndirilməlidir. Çünki
Davos Forumu dünya miqyasında bir
nömrəli siyasi və iqtisadi
forumdur. Forum Azərbaycanda
ən yüksək səviyyədə keçirilmişdir:
"Bütövlükdə deyə bilərəm ki, son bir
neçə il ərzində Azərbaycan
Davosda keçirilən forumlarda
fəal iştirak edir
və diqqət mərkəzində olur.
Azərbaycanın inkişaf dinamikası, əldə
edilmiş uğurlar Davos Forumunda kifayət qədər
geniş işıqlandırılır. Davos Forumunun
hesablamalarına görə Azərbaycan dünya
miqyasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə
görə 46-cı yerdədir. Bu qiymətləndirmə
hesab edirəm ki, ən
ciddi və ən böyük
diqqətə layiq olan
qiymətləndirmədir. Çünki bu, dünyanın bir
nömrəli forumu tərəfindən
verilən qiymətləndirmədir. Bu forumun Azərbaycanda keçirilməsi bir daha demək istəyirəm
ki, böyük uğurumuz idi. Xüsusilə
nəzərə alsaq ki,
forumun mövzusu Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi
və siyasi vəziyyətlə
bağlı idi. Yəni, bu,
bir daha göstərir
ki, Azərbaycan nəinki coğrafi
mərkəzdir, siyasi, iqtisadi
və mədəni mərkəzdir".
Azərbaycan son vaxtlar özünün
tolerantlığı, humanitar məsələlərə
diqqət göstərməyi ilə beynəlxalq ictimaiyyətin
və təşkilatların diqqətini cəlb edib. Təkcə Bakı deyil,
ölkənin digər bölgələrinin də bu cür yüksək səviyyəli
tədbirlərə hazır olduğunu da vurğulamaq olar. Qəbələdə beynəlxalq səviyyəli
mədəni tədbirlərin, hətta dövlətlərarası
görüşün keçirildiyi
də buna misaldır.
Dövlət
başçısı çıxışında daha sonra bildirmişdir
ki, çox böyük nüfuza malik olan siyasətçiləri,
ictimai xadimləri birləşdirən Madrid Klubunun, federal və ştatlar səviyyəsində
olan 300-dən çox
senator, konqresmen, ictimai xadim, politoloqun iştirak etdiyi Amerika-Azərbaycan konfransının
Bakıda keçirilməsi
də böyük hadisədir.
Bu cür tədbirləri keçirməklə, konfranslara ev sahibliyi etməklə Azərbaycan öz təcrübəsini daha
da artırır və bunun
da nəticəsidir ki,
bu gün Azərbaycanın
təcrübəsi dünya tərəfindən
diqqətlə öyrənilir. Respublikamız artıq dünyanın inkişaf etmiş ölkələri
sırasına daxil olmaq
ərəfəsindədir.
Prezident İlham Əliyev onu da diqqətə
çatdırmışdır ki,
keçən rübdə Bakıda İkinci
Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun
keçirilməsi Azərbaycanın humanitar
sahədə, yəni dinlərarası, mədəniyyətlərarası
dialoqun aparılması üçün
bir mərkəz kimi
formalaşmasına öz xidmətini göstərmişdir:
"Bu, ikinci forumdur. Onu deməyə əsas
verir ki, bu, artıq ənənəvi xarakter
daşıyacaqdır. Azərbaycanda bu səpkidən
olan tədbirlər vaxtaşırı keçirilir. Dünya Humanitar Forumu, Mədəniyyətlərarası
Dialoq Forumu, digər tədbirlər,
dünya dinlərinin liderlərinin zirvə
görüşləri keçirilmişdir.
Yəni, ölkəmiz siyasi, iqtisadi və humanitar mərkəzə
çevrilibdir. Bu,
reallıqdır və bu
reallığı biz yaratmışıq
öz siyasətimizlə, öz
addımlarımızla. Bu gün
Azərbaycan dünya miqyasında çox böyük
hörmətə malik olan
bir ölkədir. Əlbəttə ki, bu, bizi
çox sevindirir və
bu, bizim məqsədimiz
idi".
Beynəlxalq
forumların ölkəmizdə keçirilməsi Azərbaycan
iqtisadiyyatında və digər sahələrdə gedən
mütərəqqi dəyişikliklərin beynəlxalq aləm
tərəfindən qəbul olunmasıdır. Belə forumlar Azərbaycana bütün
cəhətlərdən siyasi dividend qazandırır. Ölkəmizə
müsbət imic gətirməklə Azərbaycana
yönəlmiş bəzi bəd əməllərin
qarşısının alınması üçün
yaxşı bir sədd olur.
Belə forumların Bakıda keçirilməsi
Azərbaycan iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun sürətli
inkişafı nəticəsində dünyanın diqqətinin
ölkəmizə yönəldiyini bir daha təsdiqləyir və Azərbaycanın dünya birliyi tərəfindən
etibarlı tərəfdaş kimi qəbul
olunmasını sübut edir.
Onu da vurğulayaq ki, tarixdə ilk dəfə 2015-ci ildə Avropa
Olimpiya Oyunları Bakıda keçriləcək.
Bu isə bir daha sübut edir ki, dünya
dövlətləri sırasında nüfuzu
artan Azərbaycana inam
daha da artıb. Demək
olar ki, 2015-ci ildə ilk dəfə baş tutacaq bu oyunlar
ölkəmizdə həyata keçirilən siyasətin
uğurlarından, Azərbaycanın Avropada
artan nüfuzundan xəbər
verir. Azərbaycan hökuməti bu tədbiri təşkil etməklə ölkəmizin
müasir tarixinin çox şanlı səhifəsini yazacaq. Bütün bunlar Azərbaycanın mənafeyinə xidmət
edir. Azərbaycan artıq nəinki beynəlxalq
tədbirlərə ev sahibliyi
edir, hətta bu sahədə
yeni ənənələrin yaranmasının
təşkilatçısı kimi də
çıxış edir. Azərbaycan
Cənubi Qafqaz regionunda
həm inkişaf səviyyəsinə, həm
ictimai-siyasi sabitliyə, həm də dünyada gedən proseslərə verdiyi töhfəyə görə irəlidə
gedən ölkədir. Ölkəmizin
sürətli inkişaf yoluna
qədəm qoyması və dünya
birliyində etibarlı tərəfdaşa çevrilməsi
beynəlxalq aləmin diqqət mərkəzindədir. Məsələn,
ABŞ-ın Stratfor
Qlobal Araşdırmalar Mərkəzinin təsisçisi
və rəhbəri Corc Fidman
Azərbaycanla yaxından tanışlıqdan sonra
deyib: "Yaxın gələcəkdə
ABŞ-ın ən yaxın müttəfiqi Azərbaycan
olacaqdır. ABŞ-ın müttəfiqləri sayılan Avropa ölkələri dərin iqtisadi böhran içindədirlər.
Bu qitədəki dövlətlərin
mövqeləri qətiyyən uzlaşmır. Bu,
NATO-nun beynəlxalq hərbi-siyasi təşkilat kimi gücünü zəiflədir.
Ona görə də ABŞ-a
Azərbaycan kimi davamlı iqtisadi inkişafa malik olan müttəfiq
lazımdır".
Sivilizasiyaların
kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası
dialoqa töhfələrini əsirgəməyən
ölkəmizin fəaliyyəti beynəlxalq səviyyədə
layiqincə qiymətini alır. Əldə olunan uğurların möhkəmləndirilməsi
və ölkəmizin
davamlı, dayanıqlı inkişafının təmin olunması
məqsədilə Prezident İlham Əliyevin fərmanı əsasında
təsdiqlənən "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyası perspektiv vəzifələrin
və onların həlli
yollarının aydın müəyyən olunmasına xidmət
edir. Əsas məqsəd ölkənin
qüdrətini daha da
artırmaq, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirmək,
sosial rifahı yüksəltmək, bir sözlə, Azərbaycanın inkişaf etmiş ölkələr
sırasında addımlamasını təmin etməkdir.
Beləliklə,
beynəlxalq toplantıların, forumların, sərgilərin,
idman yarışlarının Bakıda
keçirilməsi həm Azərbaycan Prezidenti
İlham Əliyevin apardığı uğurlu siyasi fəaliyyətin
müsbət nəticəsi, həm də dövlətimizə
olan böyük maraq və etimaddır. Artıq dünya
dövlətlərinə bəllidir ki, Azərbaycan
iqtisadi cəhətdən sabit,
inkişaf edən ölkələrdən
biridir. Prezident İlham Əliyevin yeni dövrün tələblərinə
uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi
düşünülmüş, sürətli
və davamlı inkişaf
konsepsiyasının nəticəsi olaraq
Azərbaycan iqtisadi sahədə keçid dövrünü
başa vurub. Bu gün özünün
uzunmüddətli inkişaf
strategiyasının istiqamətlərini müəyyən edən
Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək
islahatçı ölkə kimi
tanınır.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 9.