Ermənistan tərəfindən
işğal olunmuş
Azərbaycan ərazilərində talançılıq davam edir
Azərbaycan
Qiymətləndiricilər Cəmiyyəti Ermənistanın təcavüzkar
siyasəti və işğal edilmiş torpaqlarımızda törətdikləri
talançılıq əməllərini daim
araşdıraraq həqiqəti ortalığa
çıxarmağa çalışır.
Cəmiyyətdən
AzərTAc-a bildirmişlər ki,
araşdırmalar nəticəsində bir
sıra əcnəbi şirkətlərin işğal
bölgəsində fəaliyyəti ilə bağlı məlumatlar
əldə edilmişdir.
Diqqətə
çatdırılmışdır ki,
ermənilər işğal etdikləri ərazilərdən
qiymətli təbii sərvətləri istismar
etməyə hələ XX əsrin 90-cı illərinin sonundan başlamışlar. Son
vaxtlar Azərbaycanın Ermənistan ilə
sərhəd bölgəsində zəngin qızıl
yataqlarında qanunsuz fəaliyyət daha da artmışdır.
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ
bölgəsindəki separatçı rejimin
rəhbərləri Ermənistan mətbuatına verdiyi açıqlamada dağ-filiz
sənayesinin perspektivli olduğunu
bildirmişlər.
Ermənistan
Azərbaycan ərazilərində belə qanunsuz
hərəkətlərini davam etdirərək
bəzi xarici şirkətləri də bu işə cəlb edə bilmişdir.
Əldə olunan məlumatlara əsasən,
Avstraliyanın "İnternational Base Metals Limited"
şirkəti ermənilərlə qanunsuz
olaraq Azərbaycan ərazilərində iş birliyi
yaratmışdır. İşğalçı ermənilərlə
sövdələşən bu şirkət
işğal olunmuş
Azərbaycan ərazilərində qeyri-qanuni
fəaliyyətini davam etdirərək bu təbii ehtiyatları Avropa
bazarına çıxarmağa çalışır. Bu da Ermənistan tərəfinin
beynəlxalq səviyyəli növbəti hüquqazidd
addımlarından biridir.
Həmçinin
Kanadanın "First Dynastry
Mines" şirkəti də belə qanunsuz fəaliyyətlə məşğuldur.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 9.