Qədim Qəbələ şəhərinin antikilk orta əsrlər yaşayış yeri olan Qala adlı ərazisində VIII-X əsrlərə aid zəngin mədəni təbəqə aşkarlanmışdır

 

Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə aparılan arxeoloji qazıntılar zamanı yeni maddi-mədəniyyət nümunələri tapılmışdır.

Bu barədə AzərTAc-a Azərbaycan Mili Elmlər Akademiyasından məlumat verilmişdir. AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü İlyas Babayev bildirmişdir ki, şəhərin son antikilk orta əsrlər yaşayış yeri olan Qala adlı ərazisində tədqiqat işləri zamanı VIII-X əsrlərə aid zəngin mədəni təbəqə aşkarlanmışdır.

Onun sözlərinə görə, həyata keçirilən qazıntı işləri zamanı qədim Qəbələ şəhərinin su-kanalizasiya sisteminin bir hissəsi, tikinti qalıqları, müxtəlif təndirlər, misdən düzəldilmiş bəzək əşyaları, saxsı və şüşə qabları, ox ucluqları, sümükdən və şüşədən hazırlanmış nümunələr tapılmışdır.

Aşkarlanan qəbirlər, qədim Qala sakinlərinin yaşadıqları evlərin həyətində dəfn olunduqlarını göstərir. Maraqlı tapıntılardan biri də qədim dövrə aid barıtla doldurulan əl qumbaralarıdır.

Ərazidə tədqiqatlar davam etdirilir.

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 12.