Yardımlıda Heydər Əliyev Mərkəzi açılmışdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, Mərkəzin birinci mərtəbəsində 30 nəfərlik akt zalı, rəsm və dizayn dərnəyi, xalq sənətkarlıq studiyası, poliqrafiya emalatxanası, fotostudiyakompyuter otağı yaradılmışdır. Burada ümummilli liderin xatirəsinə həsr olunmuş muzey təşkil edilmişdir. Muzeydəki fotostendlərdə ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrlər, hakimiyyətdə olduğu illərdə bölgələrə etdiyi səfərlər əks olunmuşdur. Bu fotolardan da görünür ki, ümummilli lider hər zaman vətəndaşlarımızın rifahını diqqət mərkəzində saxlamışdır. Onun regionlara səfərlərinin də əsas məqsədi ölkəmizdəki inkişafı hər bir soydaşımızın həyatına daxil etmək idi. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinə intensiv inkişaf dövrü kimi daxil olmuşdur. Ölkədə mükəmməl idarəçilik məktəbini yaradan Heydər Əliyevin görkəmli ictimai-siyasi xadim kimi tanınmasında onun Azərbaycana, respublikamızın timsalında regiona, nəticə etibarilə dünyaya sülh, sabitlik, davamlı inkişafharmoniya gətirməklə bağlı atdığı əhəmiyyətli addımlar mühüm rol oynamışdır.

Mərkəzdə Prezident İlham Əliyevin Yardımlı rayonuna səfərlərini əks etdirən fotoguşə də yaradılmışdır. Bundan başqa, Mərkəzin ikinci mərtəbəsində 40 tamaşaçı yerlik 3D formatlı kinozal, virtual sinif, 15 yerlik konfrans zalı, sərgi salonu, kompyuterlinqafonlarla təchiz edilmiş xarici dil studiyası, intellektual oyun otağı və ədəbiyyat dərnəyi fəaliyyət göstərəcəkdir. Burada gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 1.