Yeni Azərbaycan Partiyası
Yardımlı rayon təşkilatının
inzibati binası istifadəyə verilmişdir
Prezident İlham
Əliyev sentyabrın 4-də Yeni Azərbaycan
Partiyası Yardımlı rayon təşkilatının
yeni inzibati
binasının açılışında iştirak
etmişdir.
Dövlət
başçısı binanın rəmzi
açılışını bildirən lenti
kəsdi.
Bina ilə tanışlıq
zamanı Azərbaycan Prezidentinə məlumat verildi
ki, ötən ilin
mayında başlanan tikinti
işləri bu ilin avqustunda başa
çatdırılmışdır. Burada
ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.
Büstün ətrafında ümummilli lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında, o
cümlədən Yeni Azərbaycan
Partiyasının fəaliyyəti ilə bağlı
gördükləri işləri əks etdirən fotoguşələr
yaradılmışdır.
Məlumat verildi ki, inzibati
bina 7 otaqdan və akt zalından ibarətdir. Buradakı bütün otaqlarda səmərəli
fəaliyyət üçün hər cür şərait
yaradılmışdır. İnformasiya-kommunikasiya
texnologiyalarının tətbiqi də xüsusi
diqqətdə saxlanmışdır.
Qeyd edildi
ki, 50 nəfərlik akt
zalında respublika və rayon
əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə
tutulmuşdur. Burada əlavə
kiçik iclas
zalı da vardır.
Dövlət
başçısı inzibati binada yaradılmış şəraiti
yüksək qiymətləndirdi.
AzərTAc
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 2.