Prezident İlham
Əliyev Yardımlı-Deman-Arvana avtomobil
yolunun 20 kilometrlik hissəsinin
açılışında iştirak etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
sentyabrın 4-də yenidən qurulan
Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin
açılışında iştirak etmişdir.
Dövlət
başçısı yolun rəmzi
açılışını bildirən lenti
kəsdi.
Bildirildi ki, Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 21 fevral tarixli
Sərəncamı ilə Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi məqsədilə Prezidentin
Ehtiyat Fondundan ilkin olaraq 5 milyon manat vəsait
ayrılmışdır. Layihənin ümumi
dəyəri 9 milyon 600 min
manatdır. Avtomobil yolunun
tikintisinə bu ilin
aprelində başlanmışdır. İnşaat
işləri "TECHNO-İNŞAAT" MMC tərəfindən həyata keçirilmişdir. Yolun ümumi uzunluğu 46 kilometrdir. Yolun eni 10 metrdir ki, bunun 6 metrini
asfalt örtüyü,
4 metrini isə tikilmiş
çiyin hissələri əhatə edir.
Yolboyu 26 su keçidi
quraşdırılmışdır. Yardımlı-Deman-Arvana
avtomobil yolu 23
yaşayış məntəqəsini əhatə edir. Yolun tikintisi
rayon mərkəzinin kəndlərlə nəqliyyat
əlaqəsinin yaxşılaşdırılması, həmçinin
iqtisadiyyatın və turizmin
inkişafı baxımından mühüm
əhəmiyyət kəsb edir.
Dövlət
başçısı inşaatçılarla görüşdü.
Prezident İlham
ƏLİYEV: Salam, yaxşı iş görmüsünüz,
yol çəkmisiniz.
İnşaatçılar:
Çox sağ olun!
Prezident İlham
ƏLİYEV: Sağ olun!
Hələ çəkiləsi yollar çoxdur. İş də
çox olacaqdır.
İnşaatçılar:
Çox sağ olun!
* * *
Sonda xatirə şəkli
çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 2-3.