Masallıda Heydər
Əliyev Mərkəzinin yenidənqurmadan sonra
açılışı olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də
Masallıda Heydər Əliyev Mərkəzinin yenidənqurmadan
sonra açılışında iştirak etmişdir.
Prezident İlham
Əliyevin diqqətinə çatdırıldı ki, şəhərdə yenidən qurulan Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə
dərin ehtiramın nümunəsidir. Mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin
müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer almışdır. Burada görkəmli dövlət
xadimi Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun
möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş
müharibəsinin qarşısının alınması, Azərbaycan
iqtisadiyyatının ağır böhran
vəziyyətindən çıxarılaraq inkişaf
yoluna qədəm qoyması, qüdrətli
ordu quruculuğu
istiqamətində həyata keçirilən mühüm
tədbirləri əks etdirən fotolara geniş yer verilmişdir.
Bildirildi ki, ümummilli liderin xatirəsinin əbədiləşdirilməsi
baxımından böyük əhəmiyyəti
olan mərkəzdə ulu
öndərin həyatının və çoxşaxəli
dövlətçilik fəaliyyətinin müxtəlif
dövrlərini əks etdirən materiallar,
şəkillər, tarixi sənədlər,
eksponatlar, o cümlədən
Masallıya səfərlərini əks etdirən fotolar nümayiş etdirilir. Burada kompyuterlər və digər ən müasir
avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərəcəkdir.
250 və 100 nəfərlik iki konfrans zalının mövcud
olduğu mərkəzdə müxtəlif
tədbirlərin keçirilməsi üçün
lazımi şərait yaradılmışdır.
Vurğulandı
ki, mərkəzdə internet
kafe və 3D kino
zalı fəaliyyət göstərir. Burada
məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri
üçün xüsusi
dərnəklər yaradılmışdır. Rəsm
studiyası, fotostudiya, xalq
sənətkarlığı otağı da
məhz belə dərnəklərdəndir. Mərkəzdə
yaradılan xalq sənətkarlığı
otağında Azərbaycanın qədim musiqi
alətləri və xalçaçılıq nümunələri
nümayiş etdirilir.
Elektron kitabxanada isə ulu öndər
Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən
bəhs olunan, o
cümlədən Azərbaycan tarixini, ədəbiyyatını
və mədəniyyətini özündə əks etdirən
elekton vəsaitlər yer
almışdır.
Burada "eko-sinif"
də fəaliyyət göstərir. Sinifdə ölkəmizin
flora və faunasının qorunması
istiqamətində Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən IDEA kampaniyası haqqında məlumatların
əks olunduğu lövhələr yer almışdır.
Qeyd edildi
ki, 2012-ci ildə birinci
Beynəlxalq folklor festivalı və ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan
ikinci Beynəlxalq folklor
festivalı Masallıda keçirilmiş
və şəhər 2012-ci ildə Azərbaycanın folklor paytaxtı seçilmişdir.
Prezident İlham
Əliyev kompyuter, xarici
dil otağı və milli
rəqs otaqlarına baxdı.
Mərkəzlə
tanışlıqdan sonra Prezident
İlham Əliyev Masallı rayon incəsənət məktəbinin,
tarix-diyarşünaslıq muzeyinin fəaliyyətini, Masallıda həyata keçirilən
abadlıq və quruculuq işlərini əks
etdirən fotolara baxdı.
Viləşçay
sahilində park-bulvar layihəsi dövlət başçısına təqdim olundu.
Prezident İlham
Əliyev Mərkəzdə yaradılan şəraiti yüksək
qiymətləndirdi.
AzərTAc
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 4.