Yeni Azərbaycan Partiyası
Masallı rayon təşkilatının inzibati binası istifadəyə verilmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni
inşa olunan inzibati binasının
açılışında iştirak etmişdir.
Dövlət
başçısı binanın rəmzi
açılışını bildirən lenti
kəsdi.
İkimərtəbəli
binanın inşasına 2012-ci ilin iyulunda başlanılmış, tikinti işləri yüksək səviyyədə
həyata keçirilmişdir. Ümumi sahəsi 2650 kvadratmetr olan bina müasir
inventar və havalandırma sistemi ilə təchiz edilmişdir. Binanın foyesində ümummilli
lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks
etdirən fotolardan ibarət stend vardır. Birinci mərtəbədə, həmçinin partiyanın
qadınlar şurası
və gənclər birliyi üçün də otaqlar yaradılmışdır. Binanın ikinci mərtəbəsində
Yeni Azərbaycan Partiyasının yaradıcısı
ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.
Burada, həmçinin inzibati otaqlar da vardır.
Bu mərtəbədə müxtəlif tədbirlərin
təşkili üçün
100 yerlik konfrans zalı, arxiv və digər otaqlar da müasir
səviyyədə qurulmuşdur.
Bildirildi ki, hazırda
Yeni Azərbaycan Partiyası Masallı rayon
təşkilatının 9111 nəfər üzvü vardır. Təşkilatın üzvləri rayonun
ictimai-siyasi, sosial-iqtisadi
həyatında fəallıq
göstərir, aparılan
abadlıq-quruculuq və
yenidənqurma işlərində
yaxından iştirak edirlər.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatları
üçün bu cür müasir binaların tikilməsi ölkənin bu aparıcı siyasi təşkilatının fəaliyyətinin
daha da güclənməsinə
xidmət edəcəkdir.
AzərTAc
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 4.