Prezident İlham
Əliyev Masallıda Taekvondo və Boks mərkəzlərinin
açılışlarında iştirak
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 4-də
Masallıya səfəri çərçivəsində Taekvondo və Boks mərkəzləri
istifadəyə verilmişdir.
Dövlət başçısı
əvvəlcə Regional Taekvondo
Mərkəzinin açılışında iştirak
etmişdir.
Prezident İlham
Əliyev mərkəzin rəmzi
açılışını bildirən lenti
kəsdi.
Məlumat verildi ki, son
illərdə Masallıda idmanın müxtəlif növlərinin
inkişafına xüsusi diqqət
göstərilir. Bu cür mərkəzlərin
istifadəyə verilməsi isə gənclərin idmana olan maraq
və həvəsini daha da
artırır. Ərazisi 5 min 613 kvadratmetr olan idman mərkəzinin tikintisinə 2012-ci ildə
başlanılmışdır. İnşaat
işləri yüksək səviyyədə
aparılmışdır.
Mərkəzin
foyesində ümummilli lider
Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan
idmanının inkişafına və idmançılara
göstərildikləri qayğını əks etdirən fotostend yaradılmışdır.
Taekvondo zalında yaradılan
şəraitlə tanış olan
dövlət başçısının diqqətinə
çatdırıldı ki, burada müxtəlif yarışların və
məşqlərin keçirilməsi üçün
hər cür şərait vardır.
Yarışların gedişini 250
tamaşaçı izləyə bilər. Zalda
bir sıra idman
növləri ilə məşğul olmaq
mümkündür.
Daha sonra Prezident İlham Əliyev
Masallı Regional Boks
Mərkəzinin açılışında iştirak
etdi.
Dövlət
başçısı mərkəzin rəmzi
açılışını bildirən lenti
kəsdi.
Məlumat verildi ki, Boks
Mərkəzinin inşasına 2012-ci ilin əvvəlindən
başlanılmışdır. Mərkəzin ümumi
sahəsi 4 min 191 kvadratmetrdir.
Foyedə ümummilli lider
Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan
idmanının inkişafına və idmançılara
göstərilən qayğısını əks etdirən fotostend yaradılmışdır.
Dövlət başçısı
boks zalı ilə tanış oldu.
Diqqətə
çatdırıldı ki, zalda boks
yarışlarının və məşqlərin
keçirilməsi üçün hər
cür şərait
yaradılmışdır. Burada trenajor və ağır atletika
zalları, həmçinin gənclərin idmanın digər
növləri ilə məşğul olmaları üçün bütün
imkanlar vardır. Mərkəzdə
müxtəlif treninqlərin və digər tədbirlərin
keçirilməsi də mümkün
olacaqdır.
AzərTAc
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 5.