Astarada ümummilli
lider Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də
Masallıya səfərini
başa çatdıraraq
Astara rayonuna gəlmişdir.
Dövlət başçısı
əvvəlcə Astara
şəhərinin mərkəzində
ulu öndər Heydər Əliyevin abidəsi önünə
gül dəstəsi qoydu.
Rayon İcra Hakimiyyətinin başçısı
Qəzənfər Ağayev
Azərbaycan Prezidentinə
Heydər Əliyev Parkında yaradılan şərait barədə
məlumat verdi.
Bildirildi ki, son illərdə
Heydər Əliyev Parkı sakinlərin ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Parkda astaralıların və rayonun qonaqlarının asudə vaxtlarını səmərəli təşkil
etmək üçün
geniş şərait
yaradılmış, fəvvarələr
quraşdırılmış, yaşıllıq zolaqları
salınmış, müasir
işıqlandırma sistemi
qurulmuşdur.
AzərTAc
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 5.