Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolu istifadəyə verilmişdir

 

Prezident İlham Əliyev sentyabrın 4-də Astara rayonuna səfəri çərçivəsində Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışında da iştirak etmişdir.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, 2013-cü il 15 iyul tarixli müvafiq Sərəncam ilə Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının inşasına 3,3 milyon manat vəsait ayrılmışdır. Ümumi smeta dəyəri 2 milyon 680 manat olan Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun tikintisinə cari ilin aprelində başlanmış və bu günlərdə başa çatdırılmışdır. Yolun uzunluğu 13,5 kilometr, asfalt örtüklü hərəkət hissəsinin eni isə 6 metrdir. Yol boyunca

1 körpü və 20 su ötürücüsü tikilmişdir.

Bildirildi ki, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolu 24 min nəfər əhalisi olan 17 yaşayış məntəqəsini əhatə edir.

Yeni yolla tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 6.