Lənkəranda ulu öndərin abidəsini ziyarət
Azərbaycan Prezidenti İlham Əliyev
respublikamızın cənub bölgəsinə səfəri
çərçivəsində sentyabrın 5-də Lənkəran
şəhərinə gəlmişdir.
Dövlət
başçısı ulu öndər
Heydər Əliyevin Xatirə parkındakı abidəsi
önünə gül dəstəsi qoydu
İcra hakimiyyətinin
başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə
parkında aparılan yenidənqurma işləri barədə
Prezident İlham
Əliyevə məlumat verdi. Bildirildi ki, yenidənqurma işlərinə 2012-ci ilin oktyabrında başlanılmış və
2013-cü ilin mayında başa
çatdırılmışdır. Ümumi
sahəsi 27 min 500 kvadratmetr
olan istirahət mərkəzində geniş yaşıllıq
salınmışdır. Ümummilli lider Heydər Əliyevin Xatirə
parkındakı abidəsinin ətrafına qranit
üzlüklər çəkilmişdir. İşıqlandırma
sisteminin də tamamilə yeniləndiyi parkda üç fəvvarə
əsaslı təmir olunmuşdur.
AzərTAc
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 7.