Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqı ölkədə
gənclər siyasətinin formalaşdırılmasına
müxtəlif istiqamətlərdə töhfələr verməkdədir
Azərbaycan
Tələbə Gənclər Təşkilatları
İttifaqı (ATGTİ) 2009-cu ilin
noyabrında 39 ali təhsil müəssisəsində
fəaliyyət göstərən tələbə gənclər
təşkilatının konfederativ əsaslarla
birləşməsi nəticəsində təsis edilmişdir. ATGTİ-nin məqsədi ali və orta ixtisas təhsil müəssisələrində
təhsilin inkişafına kömək göstərmək, tələbələrin
maraqlarını təmsil və müdafiə etmək,
respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal
iştirakını təmin etməkdir.
ATGTİ-nin sədri Şahin
İsmayılovun AzərTAc-a müsahibəsində ölkənin
aparıcı gənclər təşkilatlarından olan bu qurumun
keçdiyi yola nəzər
salınır, qarşıda duran vəzifələrə
aydınlıq gətirilir.
- Şahin müəllim, mümkündürsə,
Azərbaycanda həyata keçirilən gənclər siyasətində
ATGTİ-nin rolu
haqqında danışardınız.
- Məmnuniyyətlə.
ATGTİ Azərbaycanda gənclər siyasətinin
formalaşdırılmasına müxtəlif istiqamətlərdə
töhfələr verməkdədir. Hazırda paytaxt
və regionlarda yerləşən ali və orta ixtisas təhsil müəssisələrində
fəaliyyət göstərən 109 tələbə gənclər
təşkilatı ATGTİ-nin tamhüquqlu üzvüdür.
Həm ittifaq, həm də
tələbə gənclər təşkilatları tələbələri
təhsilə həvəsləndirmək üçün müxtəlif müsabiqələr,
elmi-əyləncəli oyunlar, seminarlar, "dəyirmi masa"lar, təlim kurslarının təşkili, tələbə
gənclərdə vətənpərvərlik
və milli-mənəvi dəyərlərə
bağlılıq hisslərinin aşılanması üçün müxtəlif proqramların
həyata keçirilməsi, tələbə-gənclərin
asudə vaxtlarının səmərəli təşkili məqsədilə
əyləncəli konsert proqramları,
şəhərətrafı ərazilərə gəzinti
turları, gənclərin zərərli vərdişlərdən
uzaqlaşdırılması məqsədilə müxtəlif
layihə və tədbirləri reallaşdırırlar.
Tələbə-gənclərdə
liderlik, idarəetmə vərdişlərinin
formalaşdırılması üçün
keçirilən "Liderlik məktəb"ləri,
tələbələrin sosial vəziyyətinin
yaxşılaşdırılması məqsədilə tətbiq edilən "Tələbə
endirim kartı", nəqliyyat təhlükəsizliyinə
həsr olunmuş
"İşıqlı həyat", cəmiyyətin kitaba olan tələbatının
ödənilməsi və kitablara həvəsləndirilməsi
ilə bağlı reallaşdırılan "Gəzən kitabxana", musiqi və rəqs
istedadı olan tələbələrin
iştirakı ilə keçirilən "Tələbə
baharı" festivalı, gənclərin ictimai fəaliyyətlərinin
stimullaşdırılması məqsədilə hazırlanan
"Könüllülük pasportu", onların karyera
imkanlarının genişləndirilməsinə xidmət edən "Tələbə təcrübə
proqramı" və s. kimi
layihələr son vaxtlar həyata keçirdiyimiz
bəzi böyük layihələr
sırasında özünəməxsus yer
tutmaqdadır.
- ATGTİ indiyədək ölkə gəncliyinin beynəlxalq
aləmə inteqrasiyası ilə bağlı hansı layihələri
həyata keçirmişdir?
-
ATGTİ-nin Avropa Tələbələr
Birliyi və Avropa Könüllülük Şəbəkəsinin
tamhüquqlu üzvü
olması Azərbaycanın tələbə
gənclər təşkilatlarının fəal üzvlərinin
Avropanın müxtəlif ölkələrində
keçirilən konfrans və forumlar, eyni zamanda, Avropa
Komissiyasının
"Gənclər fəaliyyətdə" proqramı çərçivəsində
keçirilən beynəlxalq təlim kursu
və seminarlarda kütləvi
iştirakına zəmin yaratmışdır. Bir sıra beynəlxalq fondlarla əməkdaşlıq çərçivəsində
respublikamızda Azərbaycan və xarici
ölkə tələbələrinin iştirakı ilə
"MDB ölkələri tələbə-liderlərin yay məktəb düşərgəsi",
"Dünyamız QİÇS-ə qalib
gələcək" teatr festivalı,
"Gənclərin elektron fəaliyyətlərinə
investisiya yatırılmasının
problemləri və çətinlikləri", "Boloniya prosesi" mövzularında konfranslar,
"Univiziya" tələbə
mahnı müsabiqəsi və s. beynəlxalq
layihələr həyata keçirilmişdir.
ATGTİ, eyni zamanda, Gənclər və
İdman Nazirliyinin
reallaşdırdığı beynəlxalq gənclər
mübadiləsi proqramlarında da fəal
iştirak edir. Bu il onlarla
fəal üzvümüz Koreya
Respublikası, Hindistan, Səudiyyə
Ərəbistanı, Serbiya, Rusiya və başqa
ölkələrə səfər etmiş,
Yunanıstanın qədim Olimpiya şəhərində
keçirilən 1-ci Yay Olimpiya
seminarlarına qatılmışdır.
- Hazırda ATGTİ-nin xarici ölkələrin
gənclər təşkilatları ilə əməkdaşlıq
əlaqələri hansı səviyyədədir?
- ATGTİ beynəlxalq
qurumlarla əməkdaşlıq etməklə
yanaşı, xarici ölkələrin tələbə-gənclər
birlikləri qismində də özünə bir
çox tərəfdaşlar qazanmağa nail olmuşdur. Belarusun Tələbə
Şurası, Serbiyanın SKONUS təşkilatı, Malta, Türkiyə və Fransanın tələbə
birlikləri ilə ikitərəfli niyyət protokolu
imzalanmışdır. Hazırda xarici
ölkələrdəki həmkarlarımızla qarşılıqlı tələbə
və təcrübə mübadiləsi
reallaşdırılmaqdadır.
-
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramının, "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə
təhsili üzrə" Dövlət Proqramının
ölkə gəncliyinin inkişafına verdiyi
töhfələrdən söhbət
açmağınız maraqlı olardı.
-
Son illərdə ölkəmizdə həyata
keçirilən genişmiqyaslı tədbirlər gənclərin
hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait
və təminatların yaradılmasını sürətləndirmiş,
onların ictimai-siyasi fəallığının
artmasına kömək etmişdir. Məhz "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramının məqsədinə
uyğun olaraq bir sıra vəzifələrin
icrası uğurla həyata keçirilməkdədir.
Bu vəzifələr sırasında
istedadlı gənclərin aşkara
çıxarılması, onların öz
qabiliyyətlərini inkişaf etdirə
bilmələri üçün şəraitin
yaradılması əsas yer tutur. Eyni zamanda,
ölkənin ictimai-siyasi həyatında
gənclərin fəal iştirakı, uşaq
və gənclər üzrə təşkilatların
formalaşması və inkişafı üçün
şəraitin yaradılması, gənclərin beynəlxalq əməkdaşlığı
sahəsində layihələrin həyata keçirilməsi,
gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması, onların
nümayəndələrinin beynəlxalq tədbirlərdə
iştirakına kömək göstərilməsi, vətənpərvərlik,
azərbaycançılıq, dövlətçilik prinsipləri
əsasında Azərbaycan xalqının tarixi-mədəni
irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda
tərbiyə olunması, onların intellektual
və yaradıcılıq potensialının inkişafının
təmin edilməsi və s. bu kimi çox mühüm əhəmiyyət kəsb edən
məsələlər də daim diqqət
mərkəzindədir.
Dövlət
gənclər proqramına "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə
təhsili üzrə" Dövlət Proqramının əlavə
olunması Azərbaycan gənclərinin intellektual
səviyyəsinin artırılmasına, elmi
biliklərə dərindən yiyələnmələrinə,
dünyanın qabaqcıl
ölkələrinin təcrübəsini öyrənib,
ölkəmizdə tətbiqinə, eyni zamanda, yeni
texnologiyaların mənimsənilməsinə öz
töhfəsini verməkdədir. Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində
həyata keçirilən xaricdə təhsil proqramı
tükənən təbii sərvətlərimizin tükənməz
bilik və zəka sərvətlərinə
çevrilməsinə və nəticə etibarilə ölkəmizin
dayanıqlı inkişafının uzun
illər bundan sonra
da təmin olunmasına istiqamətləndirilmişdir.
Gənclərimizin Böyük
Britaniya, Türkiyə, Almaniya,
Kanada, Rusiya, Fransa, ABŞ, İsveçrə, Niderland və digər qabaqcıl ölkələrin
universitetlərində təhsil almasına yaradılan şərait,
şübhəsiz, ölkəmizin kadr
potensialının formalaşdırılmasına dövlət
başçısının göstərdiyi diqqət və
qayğının bəhrəsidir.
- Dövlət
gənclər siyasətinin icrasında gənclərin
iştirakının və rolunun
artırılması üçün
hansı işlər görülür?
- Bizim
üçün çox
sevindirici və
bir o qədər də
önəmli haldır ki, gənclərin
təklifləri və təşəbbüsləri müvafiq dövlət orqanları tərəfindən
nəzərə alınaraq həyata
keçirilir
və dəstəklənir. Bu işdə gənclər
sahəsində görülən işlər haqqında
hesabatların ictimaiyyətə çatdırılması,
dövlət gənclər siyasəti sahəsində yeni vəzifələrin müəyyən
edilməsi və gənclərin onlara
yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində
iştiraklarının təmin edilməsi məqsədilə
reallaşdırılan Azərbaycan gənclərinin
forumları xüsusi əhəmiyyət kəsb
edir. Bu cür forumlar
və forumlararası yığıncaqların mütəmadi
təşkili gənclərin söz
meydanında öz təklif və təşəbbüslərini,
tənqid və iradlarını müvafiq
dövlət orqanlarının diqqətinə
çatdırılmasına, mövcud
nöqsanların aradan
qaldırılması, yeni, innovativ təşəbbüslərin
reallaşdırılmasına zəmin hazırlayır. Prezident İlham Əliyevin bir qrup gənci qəbul etməsi, onları dinləməsi
Azərbaycan dövlətinin gənclərə olan münasibətinin göstəricisi olmaqla yanaşı, sonuncu
dövlət gənclər proqramının
hazırlanmasına gənc nəslin də cəlb
olunmasına şərait yaratmışdır.
İstedadlı
və yaradıcı gənclərə dövlət
qayğısı nəticəsində Bakı şəhərində
istedadlı və yaradıcı gənclərin II respublika toplantısı keçirilmiş
və burada aidiyyəti dövlət
qurumlarının, yaradıcılıq ittifaqlarının və
ictimai birliklərin nümayəndələri,
yaradıcı və
gənc jurnalistlər iştirak etmişlər.
- Təşkilatınız
Azərbaycanın müxtəlif sahələrdə
uğurları, o cümlədən
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində
hansı addımları atmışdır?
-
ATGTİ-nin nəzdində fəaliyyət
göstərən Qarabağ Mərkəzi
işğal olunmuş
rayonlarımızla bağlı dəfələrlə beynəlxalq
təşkilatların, xarici ölkə rəsmilərinin
elektron poçt
ünvanlarına Qarabağ həqiqətləri
ilə bağlı məlumat hücumları həyata keçirmişdir. Gənclər
və İdman Nazirliyi
ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş "Beşikdə güllələnən
arzular" adlı sənədli film hazırlanmış, tərəfdaş xarici və beynəlxalq təşkilatlarla əməkdaşlıq
çərçivəsində təbliğat işləri
aparılmışdır.
-
Qarşıdan gələn prezident
seçkilərində ATGTİ-nin mövqeyi və bu istiqamətdə
aparılan ideoloji iş
barədə məlumat verərdiniz.
- ATGTİ
ötən parlament seçkilərində
"Səsin gəlsin!", "Səsinə qüvvət"
devizləri altında təşviqat kampaniyası keçirmişdir. Kampaniya
çərçivəsində eyni
adlı qolbaqlar hazırlanaraq on minlərlə seçiciyə
paylanmışdır.
Cari ilin iyununda
1500-dən çox tələbə və
109 tələbə gənclər təşkilatının,
dövlət rəsmiləri və qeyri-hökumət təşkilatlarının
rəhbərlərinin
iştirakı ilə Bakı, Gəncə, Lənkəran
və Naxçıvan şəhərlərində
keçirilən və videogörüntü sistemi ilə bir-biri ilə
əlaqələndirilən ATGTİ-nin illik hesabat konfransında bu il oktyabrın 9-da
keçiriləcək prezident seçkilərində
dövlət başçısı İlham
Əliyev ölkəmizin qərb,
cənub regionlarının və Naxçıvan Muxtar Respublikasının tələbələrinin
təklifi ilə Azərbaycan tələbələrinin vahid namizədi elan olunmuşdur. Beləliklə,
ATGTİ hələ 2010-cu ildə "Azərbaycan tələbələrinin
dostu" elan etdiyi qüdrətli dövlətin güclü liderinin ətrafında
sıx birləşdiyini bir daha bəyan etmişdir.
Əminik ki, Azərbaycan xalqı da biz gənclərin "Güclü lider, güclü Azərbaycan!"
şüarına həmrəy olacaq
və növbəti 5 il üçün
öz əvəzolunmaz liderini
bir daha prezident kürsüsünə layiq
görəcəkdir.
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 9.