Avropa Parlamentində Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək barədə qərar qəbul olunmuşdur

 

Sentyabrın 5-də Avropa Parlamentinin Prezidentlər Konfransının iclası keçirilmişdir.

İclasda 2013-cü ilin ikinci yarısında Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələrin siyahısı təsdiq edilmişdir.

Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirmişdir ki, müzakirələr zamanı  Azərbaycanın 5-ci ölkə olaraq 2013-cü ilin ikinci yarısında Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələr siyahısına salınması barədə qərar qəbul edilmişdir. Nümayəndə heyətinin rəhbəri demişdir ki, Prezidentlər Konfransının bu qərarı Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə bağlı balanslaşdırılmış siyasət yürütmək istəyindən irəli gəlir.

Xatırladaq ki, hələ may ayında Azərbaycan hökuməti Avropa Parlamentinə oktyabr ayında ölkədə keçiriləcək prezident seçkilərini  müşahidə etmək məqsədi ilə dəvət göndərmişdi.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 9.