Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur
Fərhad
Abdullayevin sədrliyi ilə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası olmuşdur. İclasda Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
430.1-ci, 430.2.1-ci və 430.2.3-cü maddələrinin şərh
edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin müraciəti əsasında
konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim
K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin
nümayəndələrinin və mütəxəssisin
çıxışlarını, ekspertin
rəyini dinləyib, işin
materiallarını araşdırıb müzakirə edərək
qərar qəbul etmişdir.
Qərarda
deyilir ki, Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
430.1-ci, 430.2.1-ci və 430.2.3-cü maddələrində nəzərdə
tutulan hallarda səlahiyyətli
dövlət orqanının inzibati protokol tərtib edən və ya
inzibati tənbehin tətbiqi haqqında qərarı
qəbul edən vəzifəli
şəxsinin birinci instansiya
məhkəməsinin (hakimin) qərarından
apelyasiya instansiyası məhkəməsinə
şikayət verməsinin mümkünlüyü
istisna edilmir.
Səlahiyyətli
dövlət orqanının inzibati protokol tərtib edən və ya
inzibati tənbehin tətbiqi haqqında qərarı
qəbul edən vəzifəli şəxsinin inzibati
xətalar haqqında işlər üzrə qərarların
yenidən baxılması mərhələsində hüquqi statusunun, habelə
apelyasiya şikayətinin verilməsinin
xüsusiyyətlərinin tənzimlənməsi Azərbaycan
Respublikasının Milli Məclisinə
tövsiyə olunsun.
Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərini
və Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 430.2.3-cü maddəsində
göstərilən halda səlahiyyətli
dövlət orqanının qərarından verilən
şikayət nəticəsində yuxarı səlahiyyətli
orqanın qəbul
etdiyi qərara
yenidən baxılması üçün
məhkəməyə müraciət edilməsini istisna edən normanın qanunvericilikdə
müəyyən olunmadığını nəzərə alaraq, belə qərardan verilən şikayətlərə
məhkəmə tərəfindən baxıla bilər.
Qərar dərc
edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud
rəsmi təfsir oluna bilməz.
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 9.