Azərbaycan və
Yaponiya arasında təhsil sahəsində
birgə layihələrin həyata keçirilməsi ilə
bağlı məsələlər müzakirə olunmuşdur
Yaponiyanın
Azərbaycandakı səfiri Şusuke Vatanabe Təhsil Nazirliyində olmuşdur.
Nazirlikdən
bildirmişlər ki, görüşdə
Azərbaycan və Yaponiya arasında təhsil
sahəsində birgə layihələrin həyata
keçirilməsi ilə bağlı məsələlər
müzakirə olunmuşdur.
Təhsil
naziri Mikayıl Cabbarov
birgə layihələrin həyata keçirilməsində,
xüsusilə də Şəki şəhəri 1 nömrəli
peşə məktəbinin əsaslı təmiri, maddi-texniki bazasının yenilənməsi
işində Yaponiyanın maliyyə yardımını və
müvafiq mütəxəssislərinin dəstəyini
yüksək
qiymətləndirmişdir.
Görüşdə
həmçinin ölkələrimiz arasında təhsil sahəsində
əməkdaşlığın gələcək istiqamətləri
ilə bağlı geniş fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 10.