Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində sentyabrın 4-də BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin  mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın hazırkı durumuinkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Müzakirələr zamanı tərəflər enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın və etimadın səviyyəsindən məmnunluğunu ifadə etmişlər. Bu cür tərəfdaşlıq münasibətləri nəticəsində Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən irimiqyaslı layihələrin həyata keçirilməsinin mümkünlüyü vurğulanmışdır.  Görüşdə Avropanın təbii qaz təchizatında yeni imkanlar açan Trans-AnadoluTrans-Adriatik boru kəmərlərinin böyük potensialı xüsusi qeyd edilmişdir. Səmərəli əməkdaşlığın bundan sonra daha böyük əzmlə davam etdirilməsinə və yeni layihələrin uğurla nəticələnəcəyinə əminlik ifadə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 10.