Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
222 Bakı şəhəri,
20 avqust 2013-cü il
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli
180 nömrəli qərarı ilə təsdiq edilmiş
"Dövlət büdcəsindən maliyyələşən
müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin
5 ildən artıq uzadılmasına yol
verən
elm, mədəniyyət, səhiyyə və
təhsil sahələrinin inkişafında xüsusi
xidmətlərin meyarları"nda dəyişikliklər
edilməsi barədə
"Azərbaycan
Respublikasının Əmək Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
2011-ci il 17 may tarixli 127-IVQD nömrəli Qanununun
tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 460 nömrəli
Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli
180 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 10, maddə 979) ilə təsdiq edilmiş "Dövlət büdcəsindən
maliyyələşən müəssisələrdə
çalışmanın yaş həddinə
çatmış işçinin
çalışma müddətinin 5 ildən
artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil
sahələrinin inkişafında xüsusi
xidmətlərin meyarları"nın 1.5-ci bəndində
nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 1.6-cı bənd əlavə
edilsin:
"1.6. 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilmə.".
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 8.