Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
223 Bakı şəhəri,
21 avqust 2013-cü il
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli
40 nömrəli qərarı ilə təsdiq edilmiş
"Nəqliyyat vasitələrinə və onların
qoşqularına dövlət texniki
baxışının keçirilməsi qaydaları
haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər
edilməsi barədə
"Yol hərəkəti haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 5 aprel tarixli 596-IVQD nömrəli Qanununun
tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 aprel tarixli 2853 nömrəli
Sərəncamının 1.3-cü bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli
40 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 196; 2001, ¹ 10, maddə
663; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 4, maddə 386; 2006, ¹ 5, maddə
463, ¹ 9, maddə 822; 2008, ¹ 2, maddə 125, ¹ 8, maddə 782; 2011, ¹ 5,
maddə 455; 2012, ¹ 5, maddə 487, ¹ 7, maddə 776, ¹ 9, maddə
921; 2013, ¹ 6, maddə 575) ilə təsdiq edilmiş
"Nəqliyyat vasitələrinə və onların
qoşqularına dövlət texniki
baxışının keçirilməsi qaydaları
haqqında Nümunəvi Əsasnamə"də
aşağıdakı dəyişikliklər edilsin:
1.
1.3-cü bəndin beşinci abzasında
"vergilərin və dövlət texniki
baxışının keçirilməsi ilə əlaqədar
tutulan dövlət rüsumlarının
ödənilməsi barədə qəbzlərin, yaxud ödəniş sənədlərinin"
sözləri "dövlət texniki
baxışının keçirilməsi ilə
əlaqədar "Dövlət rüsumu
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
məbləğdə dövlət rüsumunun
və Azərbaycan Respublikasının Vergi
Məcəlləsi ilə müəyyən edilmiş
məbləğdə yol vergisinin
ödənilməsi barədə qəbzlərin" sözləri
ilə əvəz edilsin.
2. 1.4-cü və
1.5-ci bəndlər aşağıdakı redaksiyada
verilsin:
"1.4. Respublika ərazisində
daimi və ya müvəqqəti
qeydiyyatda olan,
mülkiyyət formasından asılı olmayaraq
bütün mexaniki nəqliyyat
vasitələrinə və qoşqularına
(yarımqoşqularına) dövlət texniki
baxışı bu Əsasnamənin 1.1-ci
bəndində nəzərdə tutulmuş
orqanlar tərəfindən yanvarın 1-dən
oktyabrın 31-dək olan müddətdə
aşağıdakı qaydada həyata keçirilir:
1)
"Yol hərəkəti haqqında"
Azərbaycan Respublikası Qanununun 27-ci
maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində
və üçüncü hissəsində
nəzərdə tutulmuş nəqliyyat
vasitələrinə, həmçinin avtobuslara,
icazə verilən maksimum kütləsi
3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin
daşınması üçün xüsusi təyinatlı texniki
təhlükəsizlik üzrə uyğunluq
sertifikatı olan nəqliyyat vasitələrinə
- ildə bir dəfə;
2) həmin qanunun 27-ci maddəsinin ikinci
hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu bəndin 1-ci hissəsində göstərilənlər
istisna olmaqla):
3) istehsal olunduqları vaxtdan
dörd il keçdikdə
- iki ildə bir dəfə;
4) istehsal
olunduqları vaxtdan on
il keçdikdə - ildə bir dəfə.
Qeyd. Bu bəndin
1-ci və 2-ci hissələrində
nəzərdə tutulmuş
müddətlər bitdikdən
sonra növbəti il ərzində
nəqliyyat vasitələri
bu Əsasnamənin
1.1-ci bəndində göstərilən
orqanlar tərəfindən
dövlət texniki baxışının keçirilməsi
üçün təqdim
edilməlidir.
1.5. Aşağıdakı
müddətdə nəqliyyat
vasitələri texniki
baxışa cəlb olunmur:
1) "Yol hərəkəti haqqında"
Azərbaycan Respublikası
Qanununun 27-ci maddəsinin
ikinci hissəsinin
2-5-ci bəndlərində və
üçüncü hissəsində
nəzərdə tutulmuş
nəqliyyat vasitələri,
həmçinin avtobuslar,
icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat
vasitələri, təhlükəli
yüklərin daşınması
üçün xüsusi
təyinatlı texniki
təhlükəsizlik üzrə
uyğunluq sertifikatı
olan nəqliyyat vasitələri - istehsal olunduğu vaxtdan bir il müddətində;
2) həmin
qanunun 27-ci maddəsinin
ikinci hissəsinin 1-ci
bəndində nəzərdə
tutulmuş nəqliyyat
vasitələri (bu bəndin 1-ci hissəsində
göstərilənlər istisna
olmaqla) - istehsal olunduğu vaxtdan dörd il müddətində;
Qeyd. Nəqliyyat
vasitələri bu bəndin 1-ci və 2-ci hissələrində nəzərdə
tutulmuş müddətlərin
qurtardığı il
də daxil olmaqla, dövlət texniki baxışına cəlb olunmurlar.";
1.3. 3.2-ci bəndin
4-cü hissəsi aşağıdakı
redaksiyada verilsin:
"4) "Dövlət
rüsumu haqqında"
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
məbləğdə dövlət
rüsumunun və Azərbaycan Respublikasının
Vergi Məcəlləsi
ilə müəyyən
edilmiş məbləğdə
yol vergisinin ödənilməsi barədə
qəbzlər;";
1.4. 6.1-ci bənddə
"dövlət texniki
baxışının keçirilməsi
üçün dövlət
rüsumunun tutulması
barədə qəbz"
sözləri "dövlət
texniki baxışının
keçirilməsi ilə
əlaqədar "Dövlət
rüsumu haqqında"
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
məbləğdə dövlət
rüsumunun ödənilməsi
barədə qəbz"
sözləri ilə əvəz edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 8.