Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
224 Bakı şəhəri,
21 avqust 2013-cü il
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli
10 nömrəli qərarı ilə təsdiq edilmiş
"Təhlükəli yüklərin avtomobil
nəqliyyatı ilə daşınması Qaydaları"nda
dəyişiklik edilməsi barədə
"Yol hərəkəti haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 5 aprel tarixli 596-IVQD nömrəli Qanununun
tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 aprel tarixli 2853 nömrəli
Sərəncamının 1.3-cü bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli
10 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 80, ¹ 9, maddə 695;
2002, ¹ 8, maddə 544, ¹ 11, maddə 675; 2006,
¹ 9, maddə
822; 2008, ¹ 2, maddə 116; 2010, ¹ 8, maddə 764) ilə təsdiq
edilmiş "Təhlükəli yüklərin
avtomobil nəqliyyatı ilə
daşınması Qaydaları"nın 4.9-cu bəndində
"ildə bir dəfə DYP-də
dövlət" sözləri "qanunla
müəyyən edilmiş hallarda DYP-də" sözləri ilə əvəz
edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 8.