Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
227 Bakı şəhəri,
21 avqust 2013-cü il
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq
edilmiş "Avtomobil
nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları"nda dəyişikliklər
edilməsi barədə
"Yol hərəkəti haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 5 aprel tarixli 596-IVQD nömrəli Qanununun
tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 aprel tarixli 2853 nömrəli
Sərəncamının 1.3-cü bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 745; 2010, ¹ 11, maddə
1041, ¹ 12, maddə 1125; 2011, ¹ 4, maddə 372) ilə
təsdiq edilmiş "Avtomobil
nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları"nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.2-ci bəndə,
3.5.3-cü və 11.3.10-cu yarımbəndlərə
"dövlət" sözündən əvvəl "qanunla müəyyən edilmiş
hallarda" sözləri əlavə edilsin.
2. 9.10.2-ci bənddə
"qanunvericilikdə nəzərdə tutulmuş
qaydada" sözləri "qanunla müəyyən edilmiş
hallarda" sözləri ilə əvəz
edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 8.