Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
229 Bakı şəhəri,
27 avqust 2013-cü il
"Malların saxlanc xüsusi gömrük proseduru
altında yerləşdirilməsi Qaydaları"nın təsdiq
edilməsi haqqında
"Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının
1.1.21-ci yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Malların
saxlanc xüsusi gömrük proseduru
altında yerləşdirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq
edilmişdir
Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinin
(bundan sonra - Gömrük Məcəlləsi)
176.1-ci maddəsinə uyğun
olaraq hazırlanmışdır
və malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi
qaydalarını müəyyən
edir.
1.2. Saxlanc xüsusi gömrük proseduru
müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir.
1.3. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal
üzrə əlavə dəyər vergisi
və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri
tətbiq olunmadan müvəqqəti saxlanc anbarında və gömrük
anbarında gömrük nəzarəti
altında yerləşdirilir.
1.4. Gömrük qanunvericiliyinə müvafiq
olaraq, daxili mallar da gömrük
anbarı proseduru və ya
sərbəst zona xüsusi
gömrük proseduru
altında yerləşdirilə bilər.
2. Müvəqqəti
saxlanc xüsusi gömrük proseduru
2.1. Müvəqqəti
saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc
anbarında həyata keçirilir.
2.2. Malların digər gömrük
proseduru altında yerləşdirilməsi
üçün bəyan edilmə
halları istisna olmaqla,
mal sahibi tərəfindən
gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar müvəqqəti
saxlanc xüsusi gömrük proseduru
altında yerləşdirilərək bəyan edilir:
2.2.1. sərbəst
zonaya birbaşa gətirilmə
istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar;
2.2.2. sərbəst
zonadan gömrük ərazisinin
digər hissəsinə gətirilən mallar;
2.2.3. barəsində
beynəlxalq tranzit xüsusi
gömrük proseduru başa çatmış mallar.
2.3. Malların müvəqqəti saxlanc
xüsusi gömrük
proseduru altında yerləşdirilməsi
üçün gömrük
orqanları tərəfindən gömrük
bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya
onu əvəz edən tranzit
sənədi qəbul edilir.
2.4. Gömrük orqanları yarana
biləcək gömrük borcuna görə prosedur
sahibindən təminat tələb etmək hüququna
malikdirlər.
2.5. Malları müvəqqəti saxlanc
xüsusi gömrük
proseduru altında yerləşdirmək və
ya həmin prosedur
altında saxlamaq mümkün
olmadıqda, gömrük orqanları mallarla bağlı vəziyyəti tənzimləmək
üçün təxirə
salınmadan bütün zəruri tədbirləri
həyata keçirirlər.
3. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti
3.1. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük
bəyannaməsinin təqdim
olunması üçün
lazım olan vaxt nəzərə alınmaqla, gömrük orqanı tərəfindən
müəyyən edilir.
Prosedur sahibinin
əsaslandırılmış müraciəti olduqda, gömrük
orqanı həmin müddəti bu
Qaydaların 3.2-ci bəndində göstərilən müddət
çərçivəsində uzadır.
3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı
malların xassələrindən və xüsusiyyətlərindən
asılı olaraq daha
qısa müddət müəyyən edildiyi
hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru
altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır.
3.3. Mallar müvəqqəti saxlanc
xüsusi gömrük
proseduru altında qalma
müddəti başa çatanadək,
digər gömrük proseduru
altında yerləşdirilmək üçün
bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir.
4. Daxili malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi hallar və şərtlər
4.1. Daxili mallar saxlanc xüsusi gömrük proseduru altında aşağıdakı hallarda
yerləşdirilə bilər:
4.1.1. daxili
malların ölkə
ərazisindən ixrac
olunması nəzərdə
tutulduqda;
4.1.2. daxili mallar daxili
tranzit xüsusi gömrük proseduru
altında yerləşdirildikdə.
4.2. Daxili malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi
aşağıdakı şərtlər əsasında həyata
keçirilir:
4.2.1. daxili mallar yalnız gömrük anbarı xüsusi
gömrük proseduru
altında yerləşdirilir;
4.2.2. daxili mallar ixrac
olunduğu halda
kağız üzərində yazılı və ya elektron formada
ixrac bəyannaməsi, daxili
tranzit xüsusi gömrük proseduru
altında yerləşdirildiyi halda isə
bu prosedur üçün müvafiq
icazə gömrük orqanına təqdim
edilir.
4.3. Daxili malların gömrük
anbarında saxlancı gömrük
orqanının icazəsi əsasında həyata keçirilir.
4.4. Gömrük
anbarının sahibi tərəfindən daxili malların gətirildiyi barədə gömrük orqanına məlumat verildikdən
sonra və onlar gömrük anbarında yerləşdirilənədək
nəqliyyat vasitələrinin dayanacaq yerinin dəyişdirilməsi, malların
boşaldılması və yenidən yüklənməsi,
qabların açılması, malların
qablaşdırılması, eyniləşdirmə vasitələrinin
dəyişdirilməsi, çıxarılması və ya məhv edilməsi yalnız gömrük
orqanının icazəsi və nəzarəti altında həyata
keçirilir.
5. Gömrük
anbarında daxili malların saxlancına,
malların daxildə emal və ya son istifadə xüsusi gömrük
prosedurları altında yerləşdirilərək, həmin prosedurlar üçün
müəyyən edilmiş şərtlərə
uyğun olaraq
emalına gömrük orqanları tərəfindən
icazə verilməsi qaydası
5.1. Gömrük anbarında daxili malların saxlancına, xarici malların daxildə emalına və ya son istifadə xüsusi gömrük prosedurları
altında yerləşdirilərək
emalına icazə gömrük rəsmiləşdirilməsini
və gömrük nəzarətini həyata keçirən gömrük
orqanı tərəfindən
verilir.
5.2. Gömrük Məcəlləsinin 195-ci və
197-ci-199-cu maddələrinə uyğun olaraq, xarici mallar son istifadə və ya daxildə emal xüsusi gömrük prosedurları
altında yerləşdirildikdən
və həmin prosedurlar üçün
müəyyən edilmiş
şərtlər yerinə
yetirildikdən sonra gömrük orqanları tərəfindən gömrük
anbarında xarici malların emalına icazə verilir.
5.3. Gömrük anbarında daxili malların saxlancına, xarici malların son istifadə və ya daxildə emal xüsusi gömrük prosedurları
altında yerləşdirilməklə,
emalına icazənin alınması üçün
şəxs tərəfindən
gömrük orqanına
müvafiq gömrük
prosedurları üçün
Gömrük Məcəlləsinin
146.3-cü maddəsinə əsasən
müəyyən edilən
sənədlər əlavə
edilməklə müraciət
edilir.
5.4. Gömrük
anbarlarında daxili malların
saxlanılmasına və xarici malların
emalına icazələrin rəsmiləşdirilməsi Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli
228 nömrəli qərarı ilə təsdiq edilmiş
"Ayrı-ayrı gömrük əməliyyatı
və ya gömrük
proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi
Qaydaları"na əsasən həyata keçirilir.
6. Gömrük
anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat
vasitələrinin Gömrük Məcəlləsinə
uyğun olaraq
satışından əldə edilən məbləğin
onların daşınması, saxlancı və
satışı ilə bağlı xərclər və
ödənilməli olan gömrük
ödənişləri çıxıldıqdan sonra mal sahibinə verilməsi
6.1. Gömrük anbarında saxlanc müddəti başa çatmış malların
və nəqliyyat vasitələrinin Gömrük
Məcəlləsinə uyğun
olaraq satışından
əldə edilən məbləğ onların
daşınması, saxlancı
və satışı
ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri
çıxıldıqdan sonra
mal sahibinin göstərdiyi
bank hesabına 1 iş
günü müddətində
köçürülür.
7. Malların gömrük anbarında saxlanc
müddəti
7.1. Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında 3 (üç) il
müddətində saxlanıla
bilər.
7.2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Qaydaların 7.1-ci bəndi ilə müəyyən
edilən müddəti malların ayrı-ayrı
kateqoriyaları üzrə məhdudlaşdıra bilər.
7.3. Bu Qaydaların 7.1-ci bəndi ilə müəyyən
edilən müddət başa çatanadək
mallar digər gömrük
proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa
çatdıqdan sonra qeyd
olunan tələb yerinə yetirilmədikdə,
həmin mallar barədə Gömrük Məcəlləsinin 57-ci fəslinə
əsasən sərəncam verilir.
7.4. Bu
Qaydaların 7.1-ci bəndi ilə müəyyən edilən
müddət artırılmadan və gömrük
proseduru dəyişdirilmədən
malların bir gömrük
anbarından digərinə daşınmasına gömrük orqanının icazəsi və nəzarəti
altında yol verilir.
8. Yekun müddəa
8.1. Milli təhlükəsizliyin,
ictimai asayişin,
insanların mənəviyyatının, həyat və
sağlamlığının, mülkiyyət hüququnun,
o cümlədən əqli mülkiyyət
hüquqları obyektlərinin, heyvanlar və
bitkilər aləminin, ətraf mühitin,
xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından Gömrük
Məcəlləsinin 214.1-ci maddəsində göstərilmiş
malları gömrük ərazisindən
çıxarmaq və ya bu
əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar
gömrük orqanlarının müvəqqəti
saxlancına verilir. Belə
malların saxlanc müddətinin son həddi 3 (üç)
sutkadır.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 8.