Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 230                   Bakı şəhəri, 27 avqust 2013-cü il

 

 

"Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları"nın təsdiq edilməsi haqqında

 

 

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

"Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması

 

QAYDALARI

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 31.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və hüquqi şəxslərə səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması qaydalarını, habelə səlahiyyətli iqtisadi operatorun fəaliyyətini tənzimləyən tələbləri müəyyən edir.

 

1.2. Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq, səlahiyyətli iqtisadi operator malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədi ilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edən hüquqi şəxsdir.

 

1.3. Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük prosedurlarının sadələşdirilmiş forma və üsullarından istifadə etmək üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) səlahiyyətli iqtisadi operatora müəyyən hüquqlar verir.

 

1.4. Beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gömrük orqanları və səlahiyyətli iqtisadi operatorlar arasında qarşılıqlı tərəfdaşlıq əlaqələri yaradılır.

 

 

 

2. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi

 

 

 

2.1. Gömrük Məcəlləsinin 32-ci maddəsinə uyğun olaraq, səlahiyyətli iqtisadi operator statusunun verilməsi üçün şərtlər aşağıdakılardır:

 

2.1.1. malların təyinat yerinə çatdırılmasının Ümumdünya Gömrük Təşkilatının müəyyən etdiyi təhlükəsizlik normalarına və standartlarına uyğun olaraq təmin edilməsi imkanının mövcudluğu;

 

2.1.2. gömrükvergi qanunvericiliyinin tələblərinə riayət edilməsi;

 

2.1.3. gömrük nəzarəti baxımından əhəmiyyət kəsb edən kommersiya və nəqliyyat sənədlərinin idarə edilməsinə dair qənaətbəxş sistemin olması;

 

2.1.4. gömrük ödənişlərini və digər ödənişləri həyata keçirmək üçün maliyyə imkanlarının olması;

 

2.1.5. hüquqi şəxsin fəaliyyət göstərdiyi sahədə ən azı 2 (iki) il təcrübəsinin olması;

 

2.1.6. müvafiq təhlükəsizlik və mühafizə standartlarının tətbiqi imkanlarının olması;

 

2.1.7. informasiya mübadiləsini lazımi səviyyədə təmin edən texniki bazanın olması.

 

2.2. Gömrük ərazisində təsis edilmişbu Qaydalarla müəyyən edilmiş şərtlərə cavab verən hüquqi şəxs səlahiyyətli iqtisadi operator statusunun alınması üçün Komitəyə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edə bilər.

 

2.3. Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

 

2.3.1. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

 

2.3.2. gömrük ödənişlərini və digər ödənişləri həyata keçirmək üçün maliyyə imkanlarının olmasını təsdiq edən bank hesabına dair sənəd;     

 

2.3.3. 2 (iki) ildən az olmayan müddətdə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi təcrübəsini təsdiq edən gömrük sənədlərinin surəti.

 

2.4. Ərizə Komitəyə daxil olduğu gündən 30 (otuz) gün müddətində hüquqi şəxsin bu Qaydalarla müəyyən edilmiş şərtlərə uyğunluğu yoxlanılır və imtina üçün əsas olmadıqda, ona səlahiyyətli iqtisadi operator statusu verilir. Təqdim edilmiş sənədlərdə və ya yoxlama zamanı çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə dərhal yazılı məlumat verilir. Çatışmazlıqlar 15 (on beş) gün müddətində aradan qaldırıldıqda, müraciətə nəzərdə tutulmuş qaydada yenidən baxılır və müvafiq qərar qəbul edilir.

 

2.5. Səlahiyyətli iqtisadi operator statusunun verilməsindən aşağıdakı hallarda imtina edilir:

 

2.5.1. bu Qaydalarla müəyyən edilmiş şərtlərə riayət olunmadıqda;

 

2.5.2. səlahiyyətli iqtisadi operator statusunun verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda.

 

2.6. Səlahiyyətli iqtisadi operator statusunun verilməsindən imtina edildikdə, bunun səbəbləri göstərilməli şəxsə qərarla bağlı inzibati qaydada məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir.

 

2.7. Səlahiyyətli iqtisadi operator statusunun verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra şəxs statusu almaq üçün bu Qaydalara uyğun olaraq yenidən Komitəyə müraciət edə bilər.

 

2.8. Səlahiyyətli iqtisadi operator statusunun alınması üçün təqdim edilmiş məlumatlarda sənədlərdə dəyişiklik olduqda, dərhal bu barədə gömrük orqanına məlumat verilməlidir.

 

2.9. Digər ölkələrin gömrük orqanları tərəfindən verilmiş səlahiyyətli iqtisadi operator statusu gömrük nəzarətinə xələl gətirməmək şərtilə beynəlxalq müqavilə əsasında tanına bilər.

 

 

 

3. Səlahiyyətli iqtisadi operatorun fəaliyyətini tənzimləyən tələblər

 

 

 

3.1. Malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi xarici ticarətin asanlaşdırılması məqsədi ilə gömrük nəzarətinin sadələşdirilmiş forma üsullarından istifadə etmək üçün səlahiyyətli iqtisadi operator Komitə tərəfindən ona verilən hüquqlar çərçivəsində malların idxalı ixracı zamanı onların gömrük rəsmiləşdirilməsi üçün Gömrük Məcəlləsinin 108.1-ci maddəsində nəzərdə tutulan zəruri əməliyyatları özü həyata keçirir.

 

3.2. Gömrük Məcəlləsinin 108.1-ci maddəsində nəzərdə tutulan zəruri əməliyyatlar gömrük orqanlarını əvvəlcədən məlumatlandırmaqla, səlahiyyətli iqtisadi operator tərəfindən mülkiyyətində, icarəsində ya istifadəsində olan tikililərdə açıq sahələrdə həyata keçirilir.

 

3.3. Səlahiyyətli iqtisadi operator tərəfindən Gömrük Məcəlləsinin 108.1-ci maddəsində nəzərdə tutulan zəruri əməliyyatların aparılması üçün nəzərdə tutulmuş tikililər açıq sahələr malların qorunması, onlara kənar şəxslərin icazəsiz müdaxiləsi imkanını istisna edən, o cümlədən belə mallar üzərində gömrük nəzarətinin aparılmasına imkan verən formada qurulmalı təchiz edilməlidir.

 

3.4. Gömrük nəzarəti altında olan malların gömrük nəzarəti altında olmayan mallarla birgə saxlanmasına gömrük orqanı məlumatlandırılmaqla yol verilir. Gömrük nəzarəti altında olan mallar səlahiyyətli iqtisadi operator üçün münasib olan hər hansı bir formada (ayırıcı lent, ayırıcı divar, texnoloji keçid, müvafiq lövhə yazılar sair), onları digərlərindən vizual olaraq asanlıqla ayırd edilməsini mümkün edən şəkildə yerləşdirilməlidir.

 

3.5. Gömrük orqanları tərəfindən səlahiyyət verildikdə, səlahiyyətli iqtisadi operator malların bəyan edildiyi gömrük prosedurunu tənzimləyən şərtlərə əməl olunmasını təmin etmək məqsədi ilə eyniləşdirmə tələb olunduğu hallarda Gömrük Məcəlləsinin 87-ci maddəsinə uyğun olaraq malların eyniləşdirilməsi tədbirlərini həyata keçirir.

 

3.6. Mallara nəqliyyat vasitələrinə tətbiq edilmiş eyniləşdirmə vasitələrinin götürülməsi ya məhv edilməsi gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda səlahiyyətli iqtisadi operator tərəfindən həyata keçirilə bilər.

 

3.7. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə ayrı-ayrı gömrük əməliyyatlarının həyata keçirilməsi üçün gömrük orqanları ilə kağız üzərində yazılı ya elektron formada razılaşdırılmaqla, səlahiyyətli iqtisadi operator tərəfindən gömrük ərazisinə gətirilən bu ərazidən aparılan malların nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi vaxtından kənar saatlarda da aparılır.

 

3.8. Səlahiyyətli iqtisadi operator tərəfindən gömrük ərazisinə gətirilən bu ərazidən aparılan malların nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi "elektron növbə" elektron idarəetmə sistemində müəyyən olunmuş ardıcıllıqdan kənar aparılır.

 

3.9. Səlahiyyətli iqtisadi operator gömrük orqanları ilə məlumatların elektron formada mübadiləsini həyata keçirir.

 

3.10. Gömrük orqanları səlahiyyətli iqtisadi operatorlar xarici ticarətdə risklərin müəyyənləşdirilməsi qarşısının alınması üzrə tədbirlərin hazırlanmasında əməkdaşlıq məqsədi ilə öz aralarında təqdim olunması gömrük qanunvericiliyi ilə bilavasitə tələb edilməyən məlumatların da mübadiləsini həyata keçirirlər. Bu mübadilə müvafiq müqavilə əsasında həyata keçirilir gömrük orqanlarının səlahiyyətli iqtisadi operatorların kompyuter şəbəkəsinə daxil olmaq hüququnu nəzərdə tutur. Bu bənddə qeyd edilən əməkdaşlıq zamanı təqdim olunan məlumatlar onların açıqlanması barədə tərəflərin razılığı əldə edilənədək məxfi saxlanılır.

 

 

4. Səlahiyyətli iqtisadi operator statusunun müvəqqəti dayandırılması ya ləğv olunması

 

4.1. Səlahiyyətli iqtisadi operator statusunun fəaliyyəti aşağıdakı hallarda Komitə tərəfindən 6 (altı) ayadək müvəqqəti dayandırılır:

 

4.1.1. səlahiyyətli iqtisadi operator tərəfindən bu barədə müvafiq ərizə təqdim edildikdə;

 

4.1.2. səlahiyyətli iqtisadi operator statusunun verilməsi üçün müəyyən edilmiş şərtlərə riayət olunmadıqda;

 

4.1.3. məhkəmənin müvafiq qərarı olduqda.

 

4.2. Komitə səlahiyyətli iqtisadi operator statusunun fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi gündən 3 (üç) günü müddətində hüquqi şəxsə ərazi vergi orqanlarına məlumat göndərir.

 

4.3. Səlahiyyətli iqtisadi operator statusunun fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, səlahiyyətli iqtisadi operator statusunun fəaliyyəti hüquqi şəxsin müraciətinə əsasən bərpa edilir bu barədə 1 (bir) günü müddətində hüquqi şəxsə ərazi vergi orqanına məlumat göndərilir.

 

4.4. Səlahiyyətli iqtisadi operator statusunun fəaliyyəti aşağıdakı hallarda Komitə tərəfindən ləğv edilir:

 

4.4.1.      səlahiyyətli iqtisadi operator tərəfindən bu barədə müvafiq ərizə təqdim edildikdə;

 

4.4.2. səlahiyyətli iqtisadi operator statusunun verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar aşkar edildikdə;

 

4.4.3. səlahiyyətli iqtisadi operator statusu almış hüquqi şəxs ləğv edildikdə;

 

4.4.4. səlahiyyətli iqtisadi operatorun cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara digər hüquqpozmalara yol verdiyi aşkar edildikdə;

 

4.4.5. səlahiyyətli iqtisadi operator statusunun müvəqqəti dayandırılmasına səbəb olmuş hallar 6 (altı) ay müddətində aradan qaldırılmadıqda;

 

4.4.6. məhkəmənin müvafiq qərarı olduqda.

 

4.5. Komitə səlahiyyətli iqtisadi operator statusunun ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 1 (bir) günü müddətində hüquqi şəxsə və ərazi vergi orqanına məlumat göndərir.

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 8.