Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
231 Bakı şəhəri,
27 avqust 2013-cü il
"Nəzarətli
göndəriş metodundan istifadə etməklə
gömrük sərhədindən
keçirilən mülki dövriyyədən
çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış
malların götürüldüyü hallar və bunun
Qaydası"nın təsdiq edilməsi haqqında
"Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının
1.2.6-cı yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Nəzarətli
göndəriş metodundan istifadə etməklə
gömrük sərhədindən
keçirilən mülki dövriyyədən
çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış
malların götürüldüyü hallar və bunun Qaydası"
təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il
27 avqust tarixli 231 nömrəli qərarı
ilə təsdiq edilmişdir
Nəzarətli göndəriş metodundan
istifadə etməklə
gömrük sərhədindən
keçirilən mülki
dövriyyədən çıxarılmış
və ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü
hallar və bunun
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinin
217-ci maddəsinə əsasən
hazırlanmışdır və nəzarətli göndəriş metodundan
istifadə etməklə
gömrük sərhədindən
keçirilən mülki
dövriyyədən çıxarılmış
və ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü
halları və götürülmə qaydasını
müəyyən edir.
1.2. Nəzarətli göndəriş qanunsuz dövriyyəyə daxil edilmiş ayrı-ayrı malların xarici dövlətlərin gömrük
və digər səlahiyyətli orqanları
ilə razılaşmalara
və ya beynəlxalq müqavilələrə
uyğun olaraq, əməliyyat-axtarış fəaliyyəti
subyektlərinin nəzarəti
altında gömrük
ərazisinə gətirilməsi,
bu ərazidən aparılması və ya tranzitlə keçirilməsi üzrə
əməliyyat-axtarış tədbiridir.
1.3. Nəzarətli göndəriş metodundan
istifadə etməklə
gömrük sərhədindən
keçirilən mülki
dövriyyədən çıxarılmış
və ya mülki dövriyyəsi məhdudlaşdırılmış mallar (bundan sonra – mallar) barədə Azərbaycan Respublikasının Dövlət
Sərhəd Xidməti
əvvəlcədən məlumatlandırılır.
2. Nəzarətli göndərişin məqsədləri
2.1. Gömrük sərhədindən keçirilən
malların qanunsuz beynəlxalq dövriyyəsi
ilə bağlı törədilən və ya hazırlanan cinayətlərin qarşısının
alınması, açılması
və dövriyyədə
iştirak edən şəxslərin aşkar
edilməsi nəzarətli
göndərişin həyata
keçirilməsinin məqsədləridir.
3. Nəzarətli göndəriş metodundan
istifadə etməklə
gömrük sərhədindən
keçirilən malların
götürülməsi halları
3.1. Nəzarətli göndəriş
metodundan istifadə etməklə gömrük
sərhədindən keçirilən
mallar aşağıdakı
hallarda götürülür:
3.1.1. malların
nəzarət altında
təyinat yerinə çatdırılması üçün
kifayət qədər
qüvvə, vəsait
və təminat olmadıqda;
3.1.2. nəzarətli
göndəriş metodundan
istifadə edilməsinə
zərurət aradan qalxdıqda;
3.1.3. nəzarətli
göndəriş metodundan
istifadə etməklə
gömrük sərhədindən
keçirilən mallar
insanların həyat və sağlamlığına,
habelə ətraf mühitə təhlükə
yaratdıqda.
4. Nəzarətli göndəriş metodundan
istifadə etməklə
gömrük sərhədindən
keçirilən malların
götürülməsi qaydası
4.1. Gömrük sərhədindən keçirilən
malların götürülməsi
(tam və ya qismən götürülməsi
və ya əvəz edilməsi) hər bir halda
nəzarətli göndərişin
həyata keçirilməsində
iştirak edən xarici ölkələrin gömrük və ya digər səlahiyyətli
orqanları ilə razılaşma əsasında
həyata keçirilir.
4.2. Gömrük sərhədindən keçirilən
malların götürülməsini
Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi tərəfindən
gömrük orqanlarının
və əməliyyat-axtarış
fəaliyyətinin digər
subyektlərinin nümayəndələrindən
ibarət yaradılan komissiya həyata keçirir. Malların götürülməsi komissiyanın bu Qaydanın əlavəsində
göstərilən aktı
ilə rəsmiləşdirilir.
4.3. Gömrük sərhədindən keçirilən
malların götürülməsi
gömrük sərhəd
buraxılış məntəqələrində
həyata keçirildiyi
zaman komissiyanın tərkibinə müvafiq sərhəd nəzarət‑buraxılış
məntəqəsinin əməkdaşları
da daxil edilirlər.
4.4. Komissiyanın aktında aşağıdakılar
göstərilir:
4.4.1. aktın
tərtib edilmə tarixi və yeri;
4.4.2. malların
götürülməsində iştirak etmiş şəxslərin soyadları,
adları, atalarının
adı, iş yerləri, vəzifələri,
imzaları;
4.4.3. malların götürülməsi
üçün əsas;
4.4.4. keçirilmə
üsulu, saxlandığı
tara, qablaşdırılma
üsulu və digər zəruri məlumatlar göstərilməklə,
götürülən malların
adı və miqdarı;
4.4.5. malların
götürülməsi üsulu
(tam və ya qismən götürülməsi
və ya əvəz edilməsi);
4.4.6. götürülmüş
mallar barədə qəbul edilmiş qərar.
4.5. Malların götürülməsi zamanı
foto və video çəkilişlərdən, yaxud digər texniki vasitələrdən
istifadə edildikdə,
həmin məlumat daşıyıcıları akta
əlavə edilir.
4.6. Aktın surəti komissiyanın işində iştirak etmiş orqanların nümayəndələrinə verilir.
4.7. Gömrük sərhədindən keçirilən
malların götürülməsi
ilə müşayiət
edilən nəzarətli
göndərişin həyata
keçirilməsinin ekspert-kriminalistik
və operativ-texniki təminatı Azərbaycan
Respublikasının Dövlət
Gömrük Komitəsi
ilə əməliyyat‑axtarış
fəaliyyətinin digər
subyektləri arasındakı
razılaşmalar əsasında
həyata keçirilir.
4.8. Götürülən
mallar barədə qərar qəbul edilənədək, onlar gömrük orqanlarında
saxlanılır.
“Nəzarətli göndəriş metodundan
istifadə etməklə
gömrük sərhədindən
keçirilən mülki
dövriyyədən çıxarılmış
və ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü
hallar və bunun Qaydası”na
əlavə
Malların götürülməsi haqqında
AKT
Tarix
“___”__________20____il Yer ________________
İştirak etmiş şəxslər:
Sıra ¹-si
Soyadı, adı,
atasının adı
İş yeri və vəzifəsi
İmza
Malların götürülməsi üçün
əsas __________________________________
_______________________________________________________________________________________________________________________
Götürülən
malların adı və miqdarı (keçirilmə üsulu,
saxlandığı tara və ya qablaşdırılma üsulu, digər zəruri məlumatlar göstərilməklə) ___________
__________________________________________________________________________________________________________________________
Malların götürülməsi üsulu
(tam və ya qismən götürülməsi
və ya əvəz edilməsi, qısa təsviri)
________________________________________
_______________________________________________________________________________________________________________________
Mallar barədə
qəbul edilmiş qərar (rekvizitləri, qısa məzmunu)
__________
_____________________________________________________________
_____________________________________________________________
Gömrük sərhədindən keçirilən
malların götürülməsi
zamanı foto və video çəkilişdən,
yaxud digər texniki vasitələrdən
istifadə haqqında
qeyd ______
_____________________________________________________________
_____________________________________________________________
Qeyd________________________________________________________
_____________________________________________________________
M.Y.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 8.