Salyan rayonunun
yol-nəqliyyat infrastrukturunun
yaxşılaşdırılmasına dair
əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Salyan rayonunda yol-nəqliyyat infrastrukturunun
yaxşılaşdırılması üçün
Azərbaycan Respublikasının 2013-cü il
dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyinə ilkin olaraq
2,0 (iki) milyon manat, o cümlədən
6 min nəfərdən artıq əhalinin yaşadığı "Babazanan" yaşayış sahəsindən
rayon mərkəzinə olan
məsafəni dəfələrlə qısaldacaq Kür çayı üzərində körpünün tikintisinə 1,0 (bir) milyon manat,
Salyan-Şirvan avtomobil
yolunun yenidən qurulmasına 1,0 (bir) milyon manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 2.