Əmək və əhalinin
sosial müdafiəsi naziri
Hacıqabulda bölgə sakinlərini qəbul etmişdir
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən,
mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu keçirir,
onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin həllinə kömək edirlər.
AzərTAc
xəbər verir ki,
sentyabrın 6-da əmək və əhalinin sosial
müdafiəsi naziri Fizuli
Ələkbərov Hacıqabul şəhərindəki Heydər
Əliyev Mərkəzində Hacıqabul, Şirvan,
İmişli, Neftçala,
Saatlı, Sabirabad, Salyan
və Beyləqan rayonlarından olan 80-ə
yaxın vətəndaşı qəbul etmişdir.
Qəbulda
vətəndaşların müraciətləri əsasən
ünvanlı dövlət sosial
yardımı, əlillik arabasının alınması, əmək
müfəttişliyi, əlillik qruplarının təyinatı,
məşğulluq və digər şəxsi məsələlərlə
bağlı olmuşdur.
Nazir Fizuli Ələkbərov müraciətlərdə
qaldırılan məsələlərin qısa müddətdə
araşdırılaraq obyektiv, ədalətli
şəkildə və qanun çərçivəsində
həll edilməsi barədə müvafiq
struktur bölmələrinə
tapşırıqlar vermişdir.
Vətəndaşların
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə aid olan müraciətlərindən bəziləri
elə yerindəcə öz həllini
tapmışdır. Digər məsələlərin nazirlikdə
araşdırılaraq müsbət həll ediləcəyi bildirilmişdir.
Nazirliyin səlahiyyətlərinə
aid olmayan digər
müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata
alınmış və nəzarətə götürülmüşdür.
Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 5.