Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
sədri Salyanda bölgə sakinlərini
qəbul etmişdir
Sentyabrın
6-da Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Məmmədov Salyan
şəhərindəki Mərkəzi Kitabxananın iclas zalında aran bölgəsinin
sakinlərini qəbul etmişdir.
AzərTAc
xəbər verir ki,
komitənin şöbə və struktur rəhbərlərinin
iştirakı ilə keçirilən qəbulda Şirvan, Saatlı, Sabirabad,
Cəbrayıl, Hacıqabul, Neftçala və İmişli
rayonlarından olan 60-dan çox
vətəndaşın müraciət və təklifləri
dinlənilmişdir.
Qəbula
gəlmiş vətəndaşların müraciətləri əsasən
torpaq islahatı zamanı pay
torpaqlarının bölüşdürülməsi, həyətyanı
sahələrin qış otlağı ərazilərinə
düşməsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər
tərtib edilərkən müəyyən texniki
qüsurlara yol verilməsi,
Dövlət Aktlarının qaimələrində
torpağın mövcud keyfiyyət
göstəricisinə uyğun düzəlişlərin
aparılmaması və digər məsələlərlə
bağlı olmuşdur.
Vətəndaşların
müraciətlərində qaldırılan məsələlər
komitənin əməkdaşları tərəfindən
araşdırılaraq qurumun səlahiyyətinə
aid məsələlərin həlli üçün müvafiq
rayon və şəhər şöbələrinin
rəhbərlərinə tapşırıqlar verilmişdir.
Komitənin səlahiyyətlərinə
aid olmayan müraciətlər
isə əlaqədar qurumlara göndərilmək
üçün qeydə
alınmış və nəzarətə götürülmüşdür.
Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 5.