Azərbaycanda prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB Parlament Assambleyasının ekspert
qrupu üzvlərinin cənub bölgəsinə
səfəri başa
çatmışdır
Azərbaycanda
keçiriləcək növbəti prezident
seçkilərinin uzunmüddətli monitorinqini
həyata keçirən Müstəqil Dövlətlər Birliyinin Parlament
Assambleyasının (MDB PA) ekspert qrupunun üzvlərinin cənub bölgəsinə
iki günlük səfəri
sentyabrın 6-da başa
çatmışdır.
AzərTAc
xəbər verir ki, ekspert qrupu üzvlərinin
bölgəyə səfərinin ikinci
günündə qonaqlar 78 saylı Lerik seçki dairəsi
dairə seçki komissiyasında, 1
saylı Lerik şəhər və 62
saylı Peştətük kənd seçki
məntəqələrində prezident
seçkilərinə hazırlığın
vəziyyəti ilə tanış olmuşlar.
Dairə
seçki komissiyasının sədri İdris Şıxəliyev, məntəqə
seçki komissiyasının sədrləri
Bəylər Salmanov və Xanhüseyn
Ağaverdiyev qonaqlara prezident seçkilərinə hazırlıqla
əlaqədar görülmüş
işlər barədə məlumat vermiş,
onların suallarını cavablandırmışlar.
Lerik Rayon İcra Hakimiyyətində
ekspert qrupunun üzvləri
ilə görüş keçirilmişdir.
Rayon icra hakimiyyətinin
başçısı Rövşən Bağırov qonaqlara Lerik rayonunda seçkilərə
hazırlığın vəziyyəti haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir
ki, rayonda prezident seçkilərinin azad,
demokratik və şəffaf keçirilməsi
üçün lazım olan
bütün şərait
yaradılmışdır.
Diqqətə
çatdırılmışdır ki, prezident seçkiləri ilə bağlı Lerik rayonunda 108 seçki məntəqəsi fəaliyyət
göstərir. Uzunömürlülər diyarı hesab edilən Lerikdə prezident
seçkilərində ilk dəfə səs
verənlərin sayı 910 nəfərdir. Səsvermədə
iştirak edəcək vətəndaşlardan
4 nəfərinin 100-dən, 686 nəfərinin isə 80-dən
yuxarı yaşı vardır.
Müstəqil
Dövlətlər Birliyi Parlament
Assambleyası Şurası baş katibinin müavini, Azərbaycan
Respublikası Milli Məclisinin MDB PA-da nümayəndəsi Aydın Cəfərov,
qurumun katibliyinin rəhbərinin
müavini, MDB PA-nın demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların
seçki hüquqlarına riayət
olunmasının monitorinqi Beynəlxalq İnstitutunun direktoru Dmitri Qladey, MDB PA-nın eksperti, Rusiya
Federasiyası Konstitusiya Məhkəməsinin
eksperti Aleksey Kartsov çıxış edərək Azərbaycanda
prezident seçkilərinin uzunmüddətli
monitorinqini həyata keçirən ekspert qrupunun
qarşısında duran vəzifələrdən
danışmışlar.
MDB PA-nın ekspert qrupunun üzvləri
günün ikinci
yarısında Lənkəran rayonuna gəlmişlər.
Lənkəran
Şəhər İcra Hakimiyyətində
qonaqlarla görüş
keçirilmişdir. Şəhər icra hakimiyyəti başçısının
birinci müavini İlqar Dadaşov nümayəndə
heyətinə Lənkəran rayonu
haqqında məlumat vermiş,
oktyabrın 9-da keçiriləcək prezident
seçkilərinə hazırlıq işlərindən
danışmışdır.
Qeyd olunmuşdur
ki, Lənkəranda 4 dairə seçki komissiyası fəaliyyət göstərir.
Rayonda fəaliyyət göstərən seçki məntəqələri səsverməyə
tam hazırdır.
İlqar Dadaşov
sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Lənkəran rayonuna tarixi səfəri haqqında qonaqlara
məlumat vermişdir. O, Azərbaycan Prezidentinin
bir sıra sosial
obyektlərin açılışlarda iştirak
etdiyini, dövlət
başçısının rayonda
aparılan tikinti-quruculuq və abadlıq
işlərinə yüksək qiymət verdiyini
diqqətə çatdırmışdır.
Görüşdə
MDB PA Şurası baş katibinin
müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da
nümayəndəsi Aydın Cəfərov, qurumun
katibliyinin rəhbərinin müavini,
MDB PA-nın demokratiyanın, parlamentarizmin
inkişafının və vətəndaşların seçki hüquqlarına riayət
olunmasının
monitorinqi Beynəlxalq İnstitutunun
direktoru Dmitri Qladey çıxış edərək monitorinq qrupunun 8 il bundan əvvəl
yaradıldığını və seçkilərin
uzunmüddətli monitorinqini həyata keçirdiyini bildirmişdir.
Natiqlər oktyabrın 9-da Azərbaycanda keçiriləcək
növbəti prezident seçkilərinin Seçki Məcəlləsinə uyğun, tam ədalətli,
demokratik və şəffaf keçiriləcəyinə
əminliklərini ifadə etmişlər. Qonaqlar
cənub bölgəsində fəaliyyət göstərən
seçki məntəqələrinin prezident seçkilərinə tam
hazır olduqlarını bildirmişlər.
Ekspert qrupu
adından Lənkəran Şəhər İcra
Hakimiyyətinə "Tavriçeskiy dvoreç" kitabı hədiyyə edilmişdir.
Öz növbəsində, qonaqlara da Lənkəran
haqqında kitab təqdim olunmuşdur.
Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 7.