Bakıda «Birgə
Cəmiyyətlər – 2014» Forumuna
hazırlıq məsələləri müzakirə edilmişdir
Sentyabrın
6-da Bakıda Diasporla İş
üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
və Madrid Klubunun təşkilatçılığı
ilə keçirilən beynəlxalq toplantı çərçivəsində
mətbuat konfransı olmuşdur.
AzərTAc
xəbər verir ki, tədbirdə
Latviya, Finlandiya, Hollandiya, Şri-Lanka və
digər ölkələrin keçmiş
dövlət və hökumət başçıları, həmçinin
bir sıra nüfuzlu
beynəlxalq qurumların rəhbərləri iştirak
etmişlər.
Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Nazim İbrahimov
mətbuat konfransında çıxış edərək cari ilin mayında
Bakıda keçirilmiş Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyətini və onun ölkəmizdə təşkil olunan tədbirlər arasında özünəməxsus
yerini diqqətə
çatdırmışdır.
N.İbrahimov ölkəmizin qadın
hüquqları, insan hüquqları, demokratik dövlət quruculuğu
istiqamətində mühüm yol qət etdiyini
vurğulamışdır. Müsəlman Şərqində
ilk dəfə olaraq
qadınların azadlığı, onlara
səsvermə hüququnun Azərbaycanda verildiyini diqqətə çatdıran Nazim İbrahimov hazırda
sürətlə inkişaf edən Azərbaycanın
bu mötəbər tədbirin
keçirilməsi üçün məkan
kimi seçilməsinin bir
çox məsələlərin həllinin
ölkəmizdə reallaşdırılmasına verilən
inamın göstəricisi olduğunu demişdir. Bildirmişdir ki, biz bu tədbirləri yüksək səviyyədə
keçirməklə bir daha
bütün dünyaya
Azərbaycanın demokratiya yolunda inamla irəlilədiyini,
ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesinin
sürətlə getdiyini əyani surətdə
nümayiş etdirmək istəyirik.
Nizami Gəncəvi
irsinin beynəlxalq tədqiqatçılar
tərəfindən bir daha
ciddi surətdə
araşdırılmasının vacibliyini
bildirən DİDK-nın sədri dahi şairin bütün dünya kitabxanalarında, müxtəlif
ölkələrdə olan əlyazmalarının
bir daha öyrəniləcəyini
diqqətə
çatdırmışdır.
Azərbaycan
xalqının qonaqpərvərliyini xüsusi
vurğulayan Nazim İbrahimov ölkəmizdə bu
foruma diqqətin çox
yüksək olduğunu bildirmişdir.
Latviya
Respublikasının sabiq prezidenti,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri, Madrid Klubunun
üzvü xanım Vayra
Vike-Frayberqa Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə
verdiyini qeyd edərək
neft-qaz ixracının ölkələrin
inkişafındakı roluna diqqət yetirmişdir. Səsvermə
hüquqları, çoxmilli, çoxmədəniyyətli
cəmiyyətlərdə təhsil sistemi
məsələlərindən danışan Vayra
Vike-Frayberqa cəmiyyətdə
qarşıya çıxan problemlər və onların
qarşısının alınması istiqamətində
görülən işlərdən
danışmışdır. Azərbaycanın
çox böyük
təbii sərvətlərə malik olduğunu vurğulayan natiq ölkə rəhbərliyinin bu mənbələrdən gələn gəlirin
sosial sahəyə yönəldilməsi
sahəsindəki uğurlu siyasətini
yüksək qiymətləndirmişdir.
Bu görüşün
"Birgə Cəmiyyətlər - 2014" Forumuna
hazırlıq məqsədi daşıdığını qeyd edən Niderland
Krallığının sabiq baş naziri, Madrid Klubunun prezidenti Vim Kok yenidən Bakıda toplaşdıqları üçün məmnunluğunu bildirmişdir. Toplantı çərçivəsində
bir sıra vacib məsələlərin
müzakirə olunduğunu diqqətə
çatdıran V.Kok cəmiyyətimizin
gündən-günə dəyişərək inkişaf etdiyini, Niderland Krallığında da
müxtəlifliyin mövcudluğunu
vurğulamışdır. O, ölkəsində
demokratiyanın hökm sürdüyünü,
qadın və kişilərin bərabər hüquqlara
malik olmasının güclü
hüquqi baza əsasında
tənzimləndiyini diqqətə
çatdırmışdır.
Niderland
Krallığına qonşu ölkələrdən
miqrasiya edənlərin sayının
artdığını vurğulayan V.Kok müsəlman ölkələrindən gələnlərin
sayının xüsusilə çoxaldığını bildirmişdir. Ölkəsində hökumətlə
müsəlman və yəhudi komitələri arasında sağlam
əməkdaşlıq mühitinin qurulduğunu vurğulayan sabiq prezident sabit və sağlam cəmiyyət
qurulmasının onun üçün
əsas prioritetlərdən olduğunu qeyd etmişdir. V.Kok ikigünlük
toplantı çərçivəsində dini,
mədəni fərqliliklərlə bağlı müzakirələr
aparıldığını, birgə çalışmaqla
müxtəlif məsələlərin həllinə nail olmağın mümkünlüyünü
qeyd etmişdir.
Misirin İsgəndəriyyə
Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri İsmail Serageldin
toplantının maraqlı keçdiyini,
faydalı müzakirələrin aparıldığını
bildirmişdir. O demişdir
ki, belə tədbirlərin keçirilməsi
qadınların rolunun gücləndirilməsi,
etnik, dini
azlıqların qorunması, müştərək cəmiyyətlərin
inkişaf etdirilməsi işinə mühüm töhfələr verəcəkdir.
Konfransda Cənubi Qafqazda
münaqişələrin həlli, qadınların cəmiyyətdə
fəallığının artırılması, mədəniyyətlərarası
və dinlərarası dialoq, 2015-ci ildən
sonrakı Minillik İnkişaf
Proqramı kimi mövzular
müzakirə edilmişdir.
Tədbirdə
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
və Madrid Klubu, eləcə
də Beynəlxalq Dialoq və Əməkdaşlıq
Mərkəzi arasında gələcək əməkdaşlıq
haqqında saziş
imzalanmışdır.
Sazişi Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov və Diasporla İş üzrə
Dövlət Komitəsinin sədri Nazim İbrahimov imzalamışlar.
Tədbirdə
"Nizami obrazları xalçalarda"
kitabının təqdimatı da olmuşdur. Kitabın müəllifi professor Röya
Tağıyevadır. Nəşrini isə Miniatür Kitab Muzeyinin
yaradıcısı və rəhbəri, əməkdar incəsənət
xadimi Zərifə Salahova
həyata keçirmişdir.
Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 7.