Muğam televiziya
müsabiqəsinin beşinci həftəsi
maraqlı ifalarla yadda
qalmışdır
Xəbər verdiyimiz kimi, Heydər
Əliyev Fondunun dəstəyi və Azərbaycan
Mədəniyyət Fondunun layihəsi əsasında
Beynəlxalq Muğam Mərkəzində
IV muğam televiziya
müsabiqəsi keçirilir.
AzərTAc xəbər
verir ki, artıq beşinci həftədir ki,
davam edən muğam televiziya müsabiqəsinin budəfəki seçim mərhələsi də rəngarəng
ifalarla yadda
qalmışdır.
Avqustun 6-dan başlanan
IV muğam televiziya
müsabiqəsinin bu həftəyə olan ikinci seçim
turunda 9 ifaçı mübarizə
aparmışdır. Lirik-psixoloji, emosional təsir gücünə malik muğam yenidən
dinləyiciləri öz cazibəsinə
salmışdır. Hər həftəsi sevinc,
həyəcan və rəqabətlə keçən
müsabiqənin tamaşaçı auditoriyası da gündən-günə genişlənir.
"Təbiət
hər zaman təkrarsız
canlandığı kimi, muğam
sənəti də heç bir sərhədlərə
sığışmayan, azad,
özü-özündən bəhrələnən bir sənətdir. Muğam
sənəti əsrlər boyu Azərbaycan
xalqının milli tanıtma
nişanlarından biri kimi
mədəni irsimizin əsas hissəsini təşkil
edir. Bu mənada bizi millət kimi qoruyub saxlayan bu mənəvi irsi, mədəniyyəti
yaşatmaq və təbliğ etmək hər
birimizin mənəvi borcudur".
Bu dəyərli fikirlərin müəllifi
Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri, milli muğam sənətimizin himayədarı Mehriban Əliyevadır. Məhz onun təşəbbüsü ilə ərsəyə
gələn muğam televiziya
müsabiqəsi istedadlı gənclərə göstərilən
diqqət və qayğının bariz
nümunəsidir.
Əsl muğam bayramına çevrilən IV muğam televiziya
müsabiqəsi həftədə iki dəfə
- çərşənbə axşamı və cümə
axşamı keçirilir. Müsabiqənin
bütün konsertləri Azərbaycan
Televiziyası və "Mədəniyyət" kanalı ilə
canlı yayımlanır.
Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 8.