Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
247 Bakı şəhəri, 5 sentyabr 2013-cü il
"Gömrük
orqanlarına təqdim edilmiş malların məhv edilmə
halları və Qaydası"nın təsdiq edilməsi
haqqında
"Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci
il 15 sentyabr tarixli 499 nömrəli fərmanının
1.1.28-ci yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
"Gömrük
orqanlarına təqdim edilmiş malların məhv edilmə
halları və Qaydası" təsdiq edilsin (əlavə
olunur).
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 5 sentyabr tarixli
247 nömrəli qərarı ilə təsdiq edilmişdir
Gömrük orqanlarına təqdim
edilmiş
malların məhv
edilmə halları və
QAYDASI
1. Ümumi müddəalar
1.1.
“Gömrük orqanlarına təqdim edilmiş malların məhv
edilməsi halları və Qaydası” (bundan sonra - Qayda) Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin (bundan
sonra - Gömrük Məcəlləsi) 331-ci maddəsinin
müddəalarına uyğun olaraq
hazırlanmışdır və gömrük orqanlarına təqdim
edilmiş malların məhv edilmə hallarını və
qaydasını tənzimləyir.
1.2. Məhv
edilən mallara görə gömrük rüsumları və
vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri
tətbiq olunmur.
1.3.
Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi
gömrük nəzarəti altında həyata keçirilir.
1.4.
Malların məhv edilməsi həmin malların tamamilə məhv
edilməsi ilə nəticələnən, onların
sonrakı bərpasını və onlardan ilkin şəkildə
istifadənin mümkünlüyünü istisna edən
termik, kimyəvi, mexaniki və ya başqa təsir
üsulları ilə həyata keçirilir.
1.5. Malların məhv edilməsi
üsulları aşağıdakı tələblərə
cavab verməlidir:
1.5.1. malların istehlak xassələrinin bərpası
imkanını istisna etməlidir;
1.5.2. əhalinin sağlamlığının
qorunması və ətraf mühitin mühafizəsi
haqqında qanunvericiliyə riayət edilməsini təmin etməli
və malların məhv edilməsi nəticəsində təhlükəli
maddələrin və tullantıların (qalıqların) əmələ
gəlməsinə səbəb olmamalıdır.
1.6. Malların məhv edilməsi Azərbaycan
Respublikasının ətraf mühitin mühafizəsi
haqqında qanunvericiliyinin tələblərinə əməl
edilməklə həyata keçirilməlidir.
1.7. Malların məhv edilməsinin ətraf
mühitə ziyan vura biləcəyinə əsaslar olduqda, ətraf
mühitin mühafizəsi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin rəyi alınmalıdır.
1.8.
Malların məhvinin təhlükəli və ya radioaktiv
tullantıların (qalıqların) atılması,
axıdılması və anbarlaşdırılması ilə
bağlı olmasına ehtimal olduqda, belə məhvetməyə
qanunvericilikdə nəzərdə tutulduğu hallarda Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyindən,
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyindən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyindən və Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyindən müvafiq icazələr alınmaqla və
onların iştirakı ilə yol verilir.
1.9. Malların məhv edilməsində
ekoloji və səhiyyə tələbləri üzrə səlahiyyətli
orqanlar Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyidir.
2. Malların məhv edilmə halları
2.1.
Gömrük orqanlarına təqdim edilmiş mallar
aşağıdakı hallarda məhv edilir:
2.1.1. şəxsin müraciəti əsasında;
2.1.2. qanunla müəyyən edilmiş hallarda
gömrük orqanının təşəbbüsü ilə.
2.2. Şəxsin müraciəti əsasında
malların məhv edilməsinə icazənin verilməsi,
gömrük rəsmiləşdirilməsinin həyata
keçirilməsi və malların məhv edilməsi nəticəsində
əmələ gəlmiş bütün tullantılarla
(qalıqlarla) bağlı məsələlər bu
Qaydanın 3-cü - 5-ci hissələri ilə tənzimlənir.
2.3. Bu Qaydanın 2.1.2-ci yarımbəndinə
əsasən mallar gömrük orqanlarının müraciəti
əsasında məhkəmənin qərarı ilə məhv
edilir.
3. Şəxsin müraciəti əsasında
malların məhv edilməsinə icazə verilməsi
3.1. Şəxsin
müraciəti əsasında, bu Qayda ilə müəyyən
edilmiş tələblər nəzərə alınmaqla,
aşağıdakı mallar məhv edilir:
3.1.1. Azərbaycan
Respublikasının gömrük sərhədindən
keçirilərək gətirilən mallar;
3.1.2. Azərbaycan Respublikasının gömrük ərazisinə
gətirilmiş və gömrük anbarı, ixrac və təkrar
ixrac gömrük prosedurları, tranzit, son istifadə, daxildə
emal, xaricdə emal, müvəqqəti idxal və sərbəst
zona xüsusi gömrük prosedurları altında yerləşdirilmiş
mallar.
3.2. Şəxsin
müraciəti əsasında aşağıdakı
malların məhv edilməsinə yol verilmir:
3.2.1. Azərbaycan
Respublikasına gətirilməsi qadağan olunmuş
malların;
3.2.2. Azərbaycan
Respublikasının və xarici ölkə xalqlarının mədəni,
tarixi, arxeoloji sərvəti olan əşyaların;
3.2.3. xüsusi təhlükəli heyvan xəstəlikləri
və bitki karantini obyektlərinin yayılması
hallarının qarşısını almaq məqsədi ilə
aparılan tədbirlər istisna olmaqla, “Kökünün kəsilməsi
təhlükəsi olan vəhşi fauna və yabanı flora
növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyaya
(CİTES) əsasən nadir və nəsli kəsilmək təhlükəsi
qarşısında olan heyvan və bitki növlərinin,
onların hissələrinin və törəmələrinin.
3.3.
Gömrük orqanları tərəfindən malların məhv
edilməsinə aşağıdakı hallarda icazə
verilmir:
3.3.1. malların məhv edilməsi ətraf mühitə
və insan sağlamlığına zərər vura bilərsə;
3.3.2. malların məhv edilməsi dövlət
üçün xərclərə səbəb ola bilərsə;
3.3.3. gömrük
orqanının malların məhv edilməsi prosesinə nəzarət
etmək imkanı olmazsa.
3.4.
Malların məhv edilməsinə məhvetmə nəticəsində
onlar ilkin istehlak xassələrini və ya kommersiya dəyərini
tamamilə itirdikdə yol verilir.
3.5.
Malların məhv edilməsinə icazə verilməsinə
dair qərar gömrük orqanının rəhbəri tərəfindən
qəbul edilir.
3.6. Şəxsin
müraciəti olduqda, qüsurlu malların gömrük ərazisindən
aparılması əvəzinə onların məhv edilməsinə
gömrük orqanları tərəfindən icazə verilir.
4. Şəxsin müraciəti əsasında
malların məhv edilməsi
zamanı
gömrük rəsmiləşdirilməsinin həyata
keçirilməsi
4.1. Şəxsin
müraciəti əsasında malların məhv edilməsi əməliyyatı
zamanı gömrük rəsmiləşdirilməsi
aşağıdakı gömrük orqanları tərəfindən
həyata keçirilir:
4.1.1.
bu Qaydanın 3.1.2-ci yarımbəndində
göstərilən Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilmiş (tranzit xüsusi
gömrük prosedurundan başqa) malların məhvi
seçilmiş gömrük prosedurunun gömrük rəsmiləşdirilməsini
həyata keçirən gömrük orqanı tərəfindən;
4.1.2. Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilən və ya tranzit
gömrük proseduru altında yerləşdirilən və
gömrük nəzarəti altında çatdırılma
qaydalarına uyğun çatdırılan malların yerləşdiyi
ərazi fəaliyyət zonasına daxil olan gömrük
orqanı tərəfindən.
4.2.
Malların məhv edilməsi malları gömrük
orqanına təqdim edən və məhvetmə ilə
bağlı müraciət edən şəxsin bu Qaydanın
1 nömrəli əlavəsində göstərilən formada
ərizəsi təqdim edilməklə və bu Qaydanın tələblərinə
uyğun olaraq həyata keçirilir.
4.3. Ərizə
ilə birlikdə gömrük orqanına aşağıda
göstərilən sənədlər təqdim edilməlidir:
4.3.1. mallar məhv edilənədək yerləşdirildiyi
gömrük proseduruna dair gömrük bəyannaməsi;
4.3.2. invoys - idxal olunan malların əmtəə dəyərini
müəyyən edən sənəd;
4.3.3. yol-nəqliyyat sənədləri;
4.3.4. malın mənşəyini təsdiq edən sənəd;
4.3.5. malın fitosanitar sertifikatı (bitki və
bitkiçilik məhsulları üçün);
4.3.6. malın uyğunluq sertifikatı;
4.3.7. malın baytarlıq sertifikatı (dövlət
baytarlıq nəzarətində olan yüklər
üçün);
4.3.8. malın gigiyenik sertifikatı (yeyinti məhsulları
üçün);
4.3.9. Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
Qaydaları”nda nəzərdə tutulan hallarda Azərbaycan
Respublikası Nazirlər Kabinetinin sərəncamı və
müvafiq dövlət orqanının rəyi.
4.4.
Gömrük nəzarəti altında malların məhv edilməsinə
dair ərizə və sənədlər qəbul edildikdən
sonra gömrük orqanının vəzifəli şəxsi tərəfindən
sənədlərdə göstərilən məlumatların
həqiqiliyi yoxlanılır. Sənədlər
yoxlanıldıqdan sonra təqdim edilən mallara gömrük
orqanı tərəfindən baxış keçirilir. Baxış zamanı malın adı, xarici iqtisadi fəaliyyətin
mal nomenklaturası (bundan sonra - XİFMN) üzrə kodu,
çəkisi, miqdarı və təsviri müəyyən
edilir.
4.5. Malların məhv edilməsi
gömrük orqanına müraciət edən şəxsin və
ya onun nümayəndəsinin, o cümlədən bu
Qaydanın 1.8-ci bəndində göstərilən icazəni
verən dövlət orqanının nümayəndəsinin
iştirakı ilə gömrük nəzarəti altında həyata
keçirilir.
4.6.
Malların məhv edilməsinə dair bu Qaydanın 2 nömrəli
əlavəsində göstərilən formada tərtib edilən
akt malların məhv edilməsi üçün
gömrük orqanına müraciət edən şəxs və
ya onun nümayəndəsi, həmçinin gömrük
orqanının və digər dövlət orqanlarının
nümayəndələri tərəfindən imzalanır. Həmin şəxslərə aktın surəti
verilir.
4.7. Gömrük orqanı malın məhv
edilməsinə dair icazə verməkdən imtina etdiyi halda,
imtinanın səbəbini göstərməklə şəxsə
yazılı məlumat verir.
4.8. Şəxsin
müraciəti əsasında malların gömrük nəzarəti
altında məhvinin yerinə yetirilməsinə görə
Gömrük Məcəlləsinin 232.1.3-cü maddəsinə
uyğun olaraq gömrük yığımları
alınır.
4.9. Şəxsin müraciəti əsasında
malların məhvi və yaranan tullantıların
(qalıqların) zərərsizləşdirilməsi
onların sahibinin vəsaiti hesabına həyata keçirilir.
5. Şəxsin müraciəti əsasında
malların məhv edilməsi
nəticəsində
əmələ gəlmiş bütün tullantıların
(qalıqların)
gömrük rəsmiləşdirilməsi
5.1. Şəxsin
müraciəti əsasında malların məhv edilməsi nəticəsində
əmələ gəlmiş bütün tullantılar
(qalıqlar) gömrük nəzarəti altında olan mallar
kimi gömrük rəsmiləşdirilməsindən
keçirilməlidir.
5.2.
Malların məhv edilməsinə icazə vermiş
gömrük orqanı məhvetmə nəticəsində əmələ
gəlmiş tullantıların (qalıqların)
gömrük rəsmiləşdirilməsinin yerini müəyyən
edir.
5.3. Məhvetmə
nəticəsində əmələ gəlmiş
tullantılar (qalıqlar), digər xüsusi gömrük
proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi
hallar istisna olmaqla, digər gömrük prosedurunda yerləşdirilənə
qədər Gömrük Məcəlləsinin 178-ci maddəsinə
uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük
proseduru altında yerləşdirilir.
5.4. Məhvetmə
nəticəsində tullantı (qalıq) olan malların
buraxılması və ya şəxsin sərəncamına
verilməsi seçilmiş gömrük proseduruna uyğun
olaraq həyata keçirilir.
5.5.
Gömrük dəyəri 20 ABŞ dollarından artıq
olmayan, basdırıldığına və ya basdırılmalı
olduğuna görə sonrakı istifadəsi
qeyri-mümkün olan tullantılar (qalıqlar) sərbəst
dövriyyəyə buraxılış gömrük proseduruna
uyğun şəkildə gömrük rəsmiləşdirilməsindən
keçirilməməlidir.
5.6.
Malların məhvi nəticəsində yaranan tullantılar
(qalıqlar) daxili bazarda istifadə olunduqda və ya sonradan
ixrac edildikdə, onlara gömrük rüsumları və
vergilər tətbiq edilir.
“Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə
halları və Qaydası”na
1 nömrəli əlavə
ƏRİZƏ
1. Gömrük orqanının adı
2. Müraciət edən şəxsin
rekvizitləri
3. Gömrük proseduru və əməliyyatlar
4. Mallar haqqında məlumatlar
Göndərən ölkə
Malların adı
Miqdarı
İnvoys üzrə dəyəri
5. Nəqliyyat qaiməsinin nömrəsi _____________________________
6. Gömrük prosedurlarının və
gömrük orqanlarının tələblərinin yerinə
yetirilməsi təmin ediləcəkdir.
Müraciət edən şəxsin təsdiqi
Səlahiyyətli şəxs
___________________ M.Y.
İmza ____________________________ Tarix “___” _______________
7. Gömrük orqanının rəisi
və ya onu əvəz
edən şəxs ______________ M.Y.
İmza __________________________ Tarix “___” _______________
Qeydiyyat
¹________
“Gömrük orqanlarına təqdim edilmiş
malların
məhv edilmə halları və
Qaydası”na
2 nömrəli
əlavə
Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi
Malların gömrük nəzarəti
altında məhv edilməsinə dair
A K T
Gömrük orqanının adı
__________________________________________
1. Mallar haqqında məlumatlar
Malların adları
XİFMN üzrə kodu
Miqdarı
2.
Malların məhv edildiyi yer
___________________________________
3. Aşağıdakı məhvetmə
üsulları tətbiq edilib _________________________
__________________________________________________________________________________________________________________________
4. Məhvetmə nəticəsində
aşağıdakı tullantılar (qalıqlar) yaranmışdır:
Tullantıların (qalıqların)
adları
XİFMN üzrə kodu
Miqdarı
Tullantıların (qalıqların)
yerləşdiyi yer
Tullantıların (qalıqların)
vəziyyəti,
(yararlı olduğu halda yerləşdirildiyi gömrük
prosedurunun kodu)
5. Məhvetmədə iştirak etdilər:
gömrük
orqanının və digər orqanların nümayəndələri
__________________________________________________ imza ___
__________________________________________________ imza ___
__________________________________________________ imza ___
__________________________________________________ imza ___
__________________________________________________ imza ___
__________________________________________________ imza ___
müraciət edən
şəxs və ya onun nümayəndəsi
__________________________________________________ imza ___
__________________________________________________ imza ___
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 4.